Eldar Mahmudova daha bir zərbə – General Əli Nağıyevin qardaşına yüksək vəzifə verildi

elinaqiyev-1

General Əli Nağıyev
Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olub. 
APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Vəli Nağıyev Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini təyin edilib. 
Qeyd edək ki, 2011-ci il martın 3-dən 2014-cü il fevralın 11-dək Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini Prezident Administrasiyasını rəhbəri Ramiz Mehdiyevin oğlu Timur Mehdiyev olub.
Timur Mehdiyev Azərbaycan prezidenti İlham Əliyevin 5 may 2014-cü il tarixli sərəncamı ilə Fövqəladə Hallar nazirinin müavini təyin edilib və general-mayor ali hərbi rütbəsi verilib. Ötən dövr ərzində Dövlət Miqrasiya Xidməti rəisinin birinci müavini vəzifəsinə təyinat olmamışdı.
Xatırladaq ki, yeni birinci müavin – Vəli Nağıyev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini, general-mayor Əli Nağıyevin qardaşıdır.
Strateq.az xəbər verir ki, Vəli Nağıyev özü də uzun  müddət MTN-də xidmət edib, təcrübəli zabitlərdən sayılır. Ancaq Eldar Mahmudov nazir təyin olunduqdan sonra o, vəzifəsindən uzaqlaşdırılmışdı. Onun böyük qardaşını – general Əli Nağıyevi öz yerinə potensial namizəd görən Eldar Mahmudov nəinki Nağıyevlərin MTN-dən uzaqlaşdırılmasına nail olmuş, hətta dəfələrlə onların Prezidentin gözündən salınması əməliyyatları da hazırlayıb həyata keçirmiş və israrla həbslərinə nail olmağa da çalışmışdır. Təsadüfi deyil ki, 17 oktyabrda Eldar Mahmudovun və dəstəsinin MTN-dən uzqlaşdırılması ictimai rəydə həm də Nağıyevlərin Mahmudov və dəstəsi üzərində böyük qələbəsi kimi qarşılanmaqdadır.
İndi Vəli Nağıyevin yenidən yüksək vəzifəyə təyinatı isə bu qələbənin mükafatı olmaqla yanaşı, həm də Prezidentin Nağıyevlərə dəyişməz münasibətinin ifadəsi sayıla bilər.
Strateq.az

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button