Rubrikalar: KRİMİNAL XuralTAC

Eldar Mahmudovun 5 milyardını ölkədən çıxaranlar son söz üçün vaxt istədilər

Ölkədən milyardlar çıxarmaqda ittiham edilən şəxslərin məhkəməsi davam etdirilib.

Xural.com Musavat.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda pulu leqallaşdırmada təqsirləndirilən Malik Əliyev və Rüfət Vəliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə iclasında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışı ediblər. Vəkillər müdafiə etdikləri şəxslərin günahsız olduğunu bildirərək barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Təqsirləndirilən şəxslərin hər biri son söz üçün məhkəmədən vaxt istəyiblər.

Xatırladaq ki, ötən prosesdə prokuror Rüfət Vəliyevin 13 il, Malik Əliyevin isə 13 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

Bildirək ki, pullar 3 il ərzində çıxarılsa da cinayət işi materiallarında olan sənədlər başqa məqamları üzə çıxarır. Belə ki, məlum olub ki, rəsmi sənədlər saxtalaşdırılıb. Həmin şaxta sənədlərdə pulların 2006-cı ildən ölkədən çıxrarılması başlaması ilə bağlı rəsmiləşdirən aparılıb.

Əvvəlki proseslərdə isə məlum olmuşdu ki, ölkədən milyardların çıxarılması üçün istifadə edilən şirkətlər o dövrdə Vergilər Nazirliyinə verdikləri rüblük hesabatların hamısında fəaliyyətlərinin olmadığı göstərilib. Həmin zaman da nazir Fazil Məmmədov idi.

Vergilər Nazirliyi bu şirkətlərlə bağlı yoxlama təyin etsə də, on gün sonra o qərar ləğv olunub. Beləliklə, o şirkətlərin adına olan bank əməliyyatları ilə hesabatlar arasındakı ziddiyyəti araşdıran olmayıb.

Qeyd edək ki, Malik Əliyev “Royalbank”ın 10 saylı filialının direktor müavini işləyib. M.Əliyev eyni cinayət əməlinə görə, 2017-ci ildə 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, “Royalbank”ın 10 saylı filialının keçmiş direktor müavini Malik Əliyev 2012-ci ilin əvvəlində Rüfət Vəliyevlə görüşüb.

Rüfət Vəliyev özünü “Provision Group”, “İmpeks+”, “Blast”, “Qalaksi A”, “Asin Co. LTD”, “Primo A” və “İTEK” MMC-lərin direktoru kimi təqdim edib və guya xarici iqtisadi ticarət fəaliyyəti göstərəcəklərini, külli miqdarda dövriyyələri olacağını bildirib. Bunun üçün də banklardan birində onlara otaq ayrılıb.

İttihamda qeyd edilir ki, R.Vəliyev və istintaqa məlum olmayan şəxslərin gətirdiyi cinayət yolu ilə əldə edilmiş külli miqdarda pulları V.Əliyev sayıb, onların saxta olub-olmadığını yoxlayıb. Daha sonra həmin pullar adları qeyd olunan şirkətlərin hesablarına köçürülüb.

Sonra da xarici ölkələrin banklarındakı hesablara köçürülüb. Ü.Nəbiyev və A.Əsgərova R.Vəliyevin tapşırığı ilə xarici bankların hesablaşma nömrələri və köçürüləcək məbləği komputer vasitəsilə yazaraq çap edib M.Əliyevə təqdim ediblər. R.Vəliyev isə həmin sənədləri şirkətlərin möhürü ilə təsdiqləyib, imzaladıqdan sonra icra olunması üçün M.Əliyev və V.Əliyevə təqdim edib.

Rəsmi ittihama görə, M.Əliyev “Privion Group” MMC vasitəsilə 2014-cü ilin fevral ayından 2015-ci ilin oktyabr ayına kimi 839 milyon manat, “İmpeks+” MMC vasitəsilə 2013-cü ilin noyabr ayından 2015-ci ilin oktyabr ayına kimi 778 milyon manat, “Blast” MMC vasitəsilə həmin müddət ərzində 510 milyon manat, “Qalaksi A” MMC vasitəsilə 115 milyon manat, “Asin Co. LTD” vasitəsilə 79 milyon manat, “Primo A” MMC vasitəsilə 213,5 milyon manat, “İTEK” MMC vasitəsilə 129 milyon manat pulu müxtəlif xarici valyutalara konveriya edərək xarici ölkələrdə yaradılan şirkətlərin bank hesablarına köçürüb.

Qeyd edilən məbləğin təqsirləndirilən şəxsə aid olmadığı aydındır. Lakin məhkəmədə dəfələrlə sual verilsə də onlar kimlərin pulunu ölkədən çıxardıqlarını etiraf etməyiblər.

Musavat.com-un bu cinayət işi ilə bağlı əldə etdiyi eksklüziv məlumata görə, pullar sabiq MTN naziri Eldar Mahmudova məxsus olub. Milyardlar da məhz onun qudası, sabiq bankir Cahangir Hacıyevin vasitəsi ilə ölkədən çıxarılaraq ofşor hesablara köçürülüb.

Paylaş:

This post was last modified on 8 İyun 2019 3:24 səhər

Share

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

Rövnəq Fatehin İstanbulu “fəth etmək” savaşı

  Neft maqnatı azərbaycanlı iş adamlarının hotelini əllərindən necə alıb?   Bizim məmurların “mədəsi ilə beyni arasında rabitə itdiyinə” görə,…

22 Sentyabr 2019 2:31 səhər
  • GÜNDƏM
  • XuralTAC

Ankarada Antiamerikan zirvəsi-Seymur Həzinin ilk yazısı

Seymur Həzi   Suriya böhranı üçün toplaşan “Ankara üçlüyü” dünyanın diqqət mərkəzində oldu. Həsən Ruhani, Vladimir Putin və Rəcəb Tayyib…

22 Sentyabr 2019 2:22 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsinin girov qoyulması parlamentdə müzakirə olunacaq:

Milli Məclisin İntizam Komissiyasının sədri Ağacan Abıyev millət vəkili Rafael Cəbrayılovun 300 min ABŞ dolları borc qarşılığında deputat vəsiqəsini girov…

21 Sentyabr 2019 10:20 axşam
  • DÜNYA
  • XuralTAC

İrana qarşı “tarixin ən böyük sanksiyası” tətbiq olundu

ABŞ prezidenti Donald Tramp İrana qarşı sanksiyalar yolu ilə təzyiqin daha da gücləndirildiyini elan edib. Virtualaz.org xəbər verir ki, Ağ evdə…

21 Sentyabr 2019 1:10 səhər
  • GÜNDƏM
  • XuralTAC

Deputat vəsiqəsini girov qoydu-QALMAQAL

Millət vəkili Rəfael Cəbrayılov 300 min manat borc qarşılığında deputat vəsiqəsini girov qoyması ilə bağlı xəbərlər yayılıb. R. Cəbrayılov Təranə…

21 Sentyabr 2019 1:07 səhər
  • GÜNDƏM
  • XuralTAC

Almaniya səfirliyi Seymur Həzi və Nigar Yaqublu cütlüyünə viza verməkdən imtina etdi

Almaniyanın Azərbaycandakı səfirliyi AXCP-nin sədr müavini Seymur Həzi və xanımı, siyasi fəal Nigar Həziyə Şengen vizası verməkdən imtina edib. Musavat.com…

20 Sentyabr 2019 3:09 səhər
Xural.COM