Eldar Namazov: «Ermənipərəst ölkə niyə hələ də Minsk Qrupunun həmsədridir?»

Nikola Sarkozi

Xəbər verdiyimiz kimi, Cənubi Qafqaz regionunda səfərdə olan Fransa prezidenti Nikola Sarkozi Ermənistanda bir sıra açıqlamalar verib.

Ermənistanda qondarma “soyqırım” abidəsini ziyarət edən Sarkozi deyib ki, Türkiyə 2011-ci ilin sonuna qədər erməni soyqırımını tanımasa, Fransa müvafiq tədbirlər görəcək.

Həmçinin Fransa prezidenti Nikola Sarkozi bəyan edib ki, onun ölkəsi Türkiyənin Avropa Birliyinə üzvlüyünə qarşıdır.

Bu açıqlamalarla bağlı politoloq E.Namazov mətbuata açıqlamasında bildirib ki, Fransanın belə mövqe nümayiş etdirməsi heç də təəccüblü deyil: «Hamıya məlumdur ki, Fransa ermənipərəst dövlətdir. Fransada çoxlu sayda erməni diasporu fəaliyyət göstərir və bir çox məsələlərdə, o cümlədən Türkiyə və Qarabağ problemi ilə bağlı Fransa ermənipərəst mövqe nümayiş etdirir. Ona görə də belə bir bəyanatdan təəccüblənmək lazım deyil. Təəccüblü olan odur ki, ermənipərəst mövqedən çıxış edən ölkə niyə Minisk Qrupunun həmsədri olmaldır?! Mənə elə gəlir ki, Azərbaycan diplomatiyası artıq bu məsələ haqqında çox ciddi düşünməlidir».

Sarkozinin Türkiyənin Avropa Birliyinə üzvlük məsələsi ilə bağlı dediklərinə gəlincə isə E.Namazov bildirib ki, Fransa və Almaniya əvvəldən Türkiyənin Avropa Birliyinə üzv olmasına kəskin etiraz edirlər: “Onlar bunun əsl səbəbini açıqlamırlar, ancaq əsl səbəb ondan ibarətdir ki, Türkiyənin həm ərazisi, həm də əhalisi böyükdür, iqtisadi gücü var. Avropa Birliyinin qaydalarına görə, bir çox Avropa sturukturlarında təmsilçilik əhalinin sayına görə, proporsional bölünür. Bu mənada əgər Türkiyə Avropa Birliyinə üzv olsa, orda Almaniya–Fransa hegemonloğuna son qoyula bilər. Türkiyə orada kiçik Avropa ölkələrinin maraqlarını təmsil edərək, Avropa birliyində çox böyük nüfuza malik ola bilər. Fransa və Almaniya da bundan ehtiyatlanır və Türkiyənin bu birliyə daxil olmasına qəti etiraz edirlər».

“Xural” qəzeti,

il 9, sayı: 054 (463), 08 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button