Eldar Namazov doğru yolda olduqları qənaətinə gəldi

eldar namazov_ 222.07.2013

“Bu günə kimi Azərbaycanla bağlı belə ciddi müzakirələr aparılmamışdı” 

 Bu gün Milli Şura İcra Aparatının rəhbəri Eldar Namazov Vaşinqton və Moskvaya səfərinin yekunlarına həsr olunan brifinq keçirib.  E. Namazov Vaşinqtonda səmərəli görüşlərinin olduğunu bildirib:

“Azərbaycana qayıtmadan öncə Rüstəm bəylə telefon danışığımız oldu. Sonra düşündüm ki, üz-üzə görüşsək daha yaxşı olar və mən Moskvaya da getdim.

Açığı mən Vaşinqtondakı tədbirə Milli Şurada təmsil olunan başqa birini uyğun bilmişdim. Amma Vaşinqtondan söylədilər ki, ya Rüstəm İbrahimbəyov, ya da mən iştirak etməli idim. Çünki Milli Şura ilə bağlı ciddi məsələlər müzakirə olunacaqdı. Vaşinqtonda bu günə kimi Azərbaycanla bağlı belə ciddi müzakirələr aparılmamışdı. Mənim oradakı çıxışım sizə bəllidir. Mən onlara Milli Şura ilə bağlı sənədləri təqdim etdim. Əsas sənədlərdən biri olan Milli Şuranın vahid namizədi və onun öhdəlikləri, Milli Şuranın təqdim etdiyi şəxs hakimiyyətə gəldiyi zaman görəcəyi işlər təşkil edirdi. Həmin gün mənim Dövlət Departamentində görüşlərim oldu. ABŞ-ın aparıcı beyin mərkəzləri, təxminən 20 ictimai rəyə təsir edən nüfuzlu təşkilat rəhbərləri ilə görüşlərim baş tutdu. Azərbaycanda qarşıdan gələn prezident seçkilərində Milli Şuranın vahid namizədinin seçki kampaniyasını təşkil etmək üçün nüfuzlu təşkilatlarla görüşdüm və onların təcrübəsindən istifadə edərək kampaniyaya başlayacağıq. Moskvada da Rüstəm bəylə Milli Şura istiqamətində görülən işlər barədə söhbət etdik. Bu səfərlərdən gəldiyim nəticə odur ki, biz doğru yoldayıq. Beynəlxalq aləmdə işin çox hissəsi görülüb. Rüstəm bəyin Avropaya səfərindən sonra ölkədaxilində işlərə başlayıb öz kampaniyamızı aparacağıq”.

Eldar Namazov həmçinin qeyd edib ki, beynəlxalq qurumlarda Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınması məsələsi qaldırılıb: “Güman edirik ki, artıq bu məsələ öz həllini tapacaq”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button