Eldar Sabiroğlu oğluna qarşı təxribatdan yazdı

Eldar Sabiroğlu

Rüfət Səfərovla bağlı təxribatlar səngimək bilmir.

Şərləyərək 9 il azadlıqdan məhrum etmələri görünür, “qanun” keşikçilərinə kifayət etməyib. 9 saylı cəzaçəkmə müəsissəsinin daxili qaydalarına görə o bu gün evə telefon açmalıydı. Çox gözlədik, səs gəlmədi. Mən həbsxananın növbətçi hissəsi ilə əlaqə saxladım. Növbətçidən bunun səbəbini soruşsam da bildirdi ki, narahat olmayın,hər şey yaxşıdır, yəqin bir azdan zəng edər. Rüfətin vəziyyəti ilə baglı növbətçi narahat olmamağı bildirdi.

Zəng yenə gəlmədi, mən ikinci dəfə məcbur olub həbsxana ilə əlaqə saxladım. Növbəni dəyişdirən kapitan Babayev 5 dəqiqədən sonra zəng etməyi xahiş etdi. Təkrar ona zəng edərkən bildirdi ki, Rüfət Səfərov otaq yoldaşı ilə mübahisə etdiyinə görə 3 günlük karsa salınıb.Kapitan Babayevin nəzərinə çatdırdım ki, mübahisənin nədən ibarət olduğunu söyləsin, ancaq o bundan imtina etdi. Təxminən 15-20 gün bundan əvvəl də qəsdən təxribat yaradaraq onu 7 günlüyə karsa göndərmişdilər.

Qısa müddətdə bu ikinci dəfədir ki, keçmiş müstəntiq Rüfət Səfərovun ətrafında təxribat hazırlayaraq onu cəzalandırırlar. Yəqin hansısa yeni bir işlər görmək istəyirlər. Bu dərəcədə qanunsuzluğu və insan taleyi ilə oynamağı təsəvvür edə bilmirəm. Bunlar nə etmək istəyirlər?!

Əgər belə davam edərsə günlərin birində Rüfətin vəziyyəti ilə bağlı daha ağır xəbərləri eşitmək mümkündür. Rüfət öz davranışına nəzarət etməyi bacarır və qaydalara da bir hüquqşünas kimi əməl etməyi çox yaxşı bilir. Oğlumun taleyi ilə bağlı məsələni beynəlxalq təşkilatların nəzarətə götürməsini xahiş edirəm. Görünür yəqin qapalı cəzaçəkmə müəsissəsinə Rüfət Səfərovu göndərmyə hazırlıqlar aparılır. İnsaf və vicdan yaxşı bir əlamətdir, bu olmadıqda istənilən təqibi təsəvvürə gətirmək artıq mənim üçün aşkardır.

Yazı müəllifin facebook hesabından götürülüb

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button