Eldar Sabiroğlunun vəziyyəti ağırlaşdı- Ankaraya aparıldı

Müdafiə Nazirliyi Mətbuat Xidmətinin keçmiş rəisi Eldar Sabiroğlunun səhhəti pisləşib. Bu barədə vəkil Bəhruz Bayramov məlumat verib.

Vəkil musavat.com-a açıqlamasında deyib ki, Sabiroğlunun səhhəti ağırlaşdığından o, Türkiyənin Ankara şəhərindəki xəstəxanalardan birinə yerləşdirilib.

Bildirək ki, E.Sabiroğlu ürək xəstəliyindən əziyyət çəkir. O, bir neçə dəfə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Qeyd edək ki, E.Sabiroğlunun oğlu Rüfət Səfərov hazırda həbsdədir. R.Səfərov Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Rüfət Səfərov rüşvət almaqda təqsirli bilinərək həbs edilib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button