Əliyev Niderlanddakı səfiri Rusiyaya göndərdi

Yayımlandı: 1 Oktyabr 2024 15:15

Rəhman Mustafayev Polad Bülbüloğlunu əvəzləyəcək

Azərbaycanın Niderland Krallığındakı səfiri Rəhman Mustafayev geri çağırılaraq Rusiyada səfir vəzifəsinə təyin olunub.

Bu barədə Prezident İlham Əliyev oktyabrın 1-də sərəncam imzalayıb.

Rəhman Mustafayev həmçinin Azərbaycanın Kimyəvi Silahların Qadağan Olunması üzrə Təşkilatda daimi nümayəndəsi vəzifəsindən geri çağırılıb.

Azərbaycanın Rusiyada səfiri Polad Bülbüloğlu sentyabrın 1-də keçirilən Milli Məclisə seçkilərdə Şuşadan mandat aldığı üçün vəzifəsindən azad olunmuşdu.

Rəhman Mustafayev 2000–2006-cı illərdə Azərbaycanın Rusiyadakı səfirliyində müşavir olub.

2006-cı ilin may-noyabr aylarında Azərbaycan Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktor müavini olub.

2006-cı ilin noyabrından 2009-cu ilədək Xarici İşlər Nazirliyinin birinci ərazi idarəsinin direktoru olub.

Rəhman Mustafayev 2017-ci ilə qədər Azərbaycanı Yunanıstan və Albaniyada təmsil edib.

O, 2017-2022-ci illərdə Azərbaycanın Fransada səfiri vəzifəsini daşıyıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button