Əliyev və Zelenski regional təhlükəsizlikdən danışıblar

Ukrayna prezidenti Volodimir Zelenski mayın 21-də Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

Azərbaycan prezidentinin Mətbuat xidmətinin məlumatına görə, telefon danışığı əsnasında dövlət başçıları regional təhlükəsizlik, enerji, ticarət və digər sahələrdə ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.

“Söhbət zamanı hər iki ölkənin aidiyyəti qurumlarına birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi ilə əlaqədar müvafiq tapşırıqların veriləcəyi bildirilib”, – məlumatda əlavə edilir.

2022-ci il fevralın 24-də Rusiya Ukraynaya yenidən təcavüzə başlayıb. Səkkiz il əvvəl də Rusiya Ukraynanın bir hissəsini-Krımı tutmuşdu. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı. Yeni müharibədən sonra Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib.

Amma Azərbaycan bu sanksiyalara qoşulmur. Bununla belə, Ukraynaya humanitar yardım göstərdiyini və onun ərazi bütövlüyünü tanıdığını açıqlayıb.

Başqa tərəfdən, 2022-ci il fevralın 22-də Moskvada “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Bu sənəddə iki ölkə arasında siyasi, iqtisadi və daha bir çox sahələrdə əməkdaşlığın inkişaf etdirilməsindən bəhs olunur.

AzadlıqRadiosu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button