Elman Rüstəmov: “Sürətlə gedən qatarın qabağında durmaqdansa ona minmək yaxşıdır…”

Azərbaycanını strateji valyuta ehtiyatları ilin əvvəlindən artaraq 52,2 mlrd. ABŞ dollarına çatıb. Bu haqda Mərkəzi Bankının sədri Elman Rüstəmov keçirdiyi brifinqdə jurnalistlərə bildirib. Onun sözlərinə görə, Mərkəzi Bankının valyuta ehtiyatları da ilin əvvəlindən 2 faiz artaraq 6,5 mlrd. dollara çatıb.

Elman Rüstəmov onu da deyib ki, bu il Azərbaycanda inflyasiyanın hədəf diapazonunun yuxarı həddinə yaxınlaşacağı proqnozlaşdırılır. Ölkədə ötən faiz qərarının açıqlanmasından bəri inflyasiya tempi azalıb və iyunda 0,5 faizlik aylıq deflyasiya, illik inflyasiya isə 4,7 faiz olub. İllik ərzaq inflyasiyası 5,3 faiz təşkil edib ki, bu da qlobal ərzaq inflyasiyası ilə müqayisədə təxminən 10 faiz bəndi azdır.

Elman Rüstəmov mətbuat konfransında hazırda dünyada kifayət qədər aktual mövzu olan kriptovalyutalar haqda da danışıb. Azərbaycanın da rəqəmsal valyutaların tətbiqi imkanlarının araşdırıldığını deyib.

“Sürətlə hərəkət edən qatarın önündə durmaqdansa, ona minmək lazımdır. Hesab edirəm ki, biz bu qatara oturanlardan olacağıq.”

Xatırladaq ki, İndiyədək dotasiyalarla işləyən  Mərkəzi Bankın yeni 32 mərtəbəli binasının inşasının ümumi dəyəri 450 milyon manat – 218 milyon avrodur. Qeyd edək ki, 90-cı illərin sonlarında istifadəyə verilən köhnə bina isə təxminən 29 milyon dollara başa gəlib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button