Elmar Hüseynovun məzarı ziyarət edilib

Redaktorlar Birliyi Yulius Fuçikin xatirəsini də yad edib…

 8 sentyabr – Jurnalistlərin Beynəlxalq Həmrəylik günü münasibətilə Redaktorlar Birliyinin təşkilatçılığı ilə bir qrup media nümayəndəsi, redaktorlar və hüquq müdafiəçiləri  2-ci Fəxri Xiyabanda uyuyan, 2005-ci il mart ayının 2-də qətlə yetirilmiş “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun, habelə “Azadlıq”  qəzetinin ilk baş redaktoru Nəcəf Nəcəfovun məzarını ziyarət ediblər. 

Mərasimdə çıxış edən “Turan” informasiya Agentliyinin direktoru Mehman Əliyev Azərbaycan mətbuatında həmrəyliklə bağlı problemlərin mövcudluğu barədə danışdı. Habelə o, bu günə qədər də Elmar Hüseynovun qatillərinin və bu qətli sifariş edənlərin azadlıqda qalmasını pislədi.

Jurnalist Şahvələd Çobanoğlu, hüquq müdafiəçisi Arzu Abdullayeva və digərləri də analoji mövzuda çıxış edərək E.Hüseynovun qatillərinin hələ də azadlıqda qalmalarına görə hökuməti tənqid etdilər.

Qeyd edək,  Jurnalistlərin Həmrəylik Günü Beynəlxalq Jurnalistlər Təşkilatının 1958-ci ilin mayında Buxarestdə keçirilmiş IV konqresinin qərarı ilə qeyd olunur. Bu tarix 8 sentyabr 1943-cü ildə hitlerçilər tərəfindən edam olunmuş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə həsr olunub. XX əsrin sonlarında BMT bu tarixi Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü elan edib.

“Xural” qəzeti,

 il 9, sayı: 035 (443), 11-17 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button