Elmar Vəliyev Cavid Qurbanovu vurdu

Elmar Vəliyev Rəsulzadənin büstü ilə bağlı danışdı

Məhəmməd Əmin Rəsulzadənin büstü  iki odioz məmurun – Cavid Qurbanovla Elmar Vəliyevin aralarındakı münaqişəyə qurban gedib…

“O məsələnin bizə aidiyyatı yoxdur”

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev rəhbərlik etdiyi şəhərdə bir müddətdir davam edən büst qalmaqalına münasibət bildirib. İcra başçısı Cümhuriyyətin banisi Məmməd Əmin Rəsulzadənin büstünün illərlə torba keçirilərək saxlanılması ilə bağlı qısa danışıb.

O, musavat.com-a açıqlamasında bildirib ki, məsələnin ona aidiyyatı yoxdur: “Aidiyyatı üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır”.
Qeyd edək ki, Azərbaycan Demokratik Respublikasının banisi Məhəmməd Əmin Rəsulzadənin Gəncə Şəhər Dəmiryolçular parkında qoyulan heykəli ilə bağlı uzun müddətdir qalmaqal yaşanır. Qalmaqal qısa müddətli nəticə də verib. Belə ki, iyunun 1-də abidənin üzərindəki çuval götürülüb. Ancaq iyunun 1-də açılan büst ayın 2-də yenidən qapadılıb.
Bu məsələ parlamentin sonuncu iclasında da müzakirə edilmişdi. Deputat Sabir Rüstəmxanlı Rəsulzadənin büstü ilə bu cür davranışa görə Gəncə Şəhər İcra Hakimiyyətini sərt formada tənqid etmişdi.
Deputat Musa Quliyev isə həmkarının bu tənqidinə sərt formada cavab verərək demişdi ki, S.Rüstəmxanlı ilə nəqliyyat naziri Ziya Məmmədov qudadırlar. Həmin park da Nəqliyyat Nazirliyinin balansındadır.
“Qudasından xahiş etsin, büstün başına keçirilən çuvalı çıxartdırsın” – deyə M.Quliyev məsələyə öz münasibətini bu formada bildirmişdi.
Bundan sonra məsələyə Z.Məmmədovun deputat qardaşı Elton Məmmədov da qarışmışdı və Musa Quliyevi boş-boş danışmaqda suçlamışdı.
cavid qurbanovxural.com məsələ ilə bağlı özəl təfərrüatlar əldə edib. İlk olaraq bir vətəndaşın müraciəti əsasında xəbəri dərc edən də xural.com olub və araşdırmalarını davam etdirib. Məlum olub ki, xəbərin sızmasında əslində Elmar Vəliyevin xüsusi marağı olub. Belə ki, o, deputatların söz savaşında adı çəkilən nəqliyyat naziri Ziya Məmmədovdan çox, hazırda dəmir yol idarəsinin rəisi olan Cavid Qurbanovu vurmaq istəyir. Son günlər münasibətləri kəskin soyuyan Cavid Qurbanovla Gəncə meri açıq müstəvidə qarşıdurmaya keçib və onun adamlarını sıxışdırmağa başlayıb. Bu da o sıxışdırmanın bariz bir əlamətidir. Yoxsa, Gəncədə quşların belə hesabat verdiyi Elmar Vəliyevin “Aidiyyatı üzrə müraciət edin. Həmin park Dəmiryol İdarəsinin balansındadır” deməsi heç inandırıcı deyil. Hamı Elmar Vəliyevin Gəncədə necə hakim olduğunu bilir…
Məsələ ilə bağlı Elmar Vəliyevin özü ilə əlaqə saxladıq. Hörmətli başçı telefonu özü götürdü, cavab verdi, soruşdu, soruşdurdu, xural.com-dan olduğumuzu biləndə və suallarımız eşidəndə isə tələsik, “Elmar Vəliyev deyil, köməkçisidir” dedi. “Olsun, suallarımızı özünə deyin, biz isə cavabını gözləyirik” deyəndə isə köməkçi qılığında bizimlə danışan Elmar Vəliyev: “Elmar Vəliyev jurnalistlərlə danışmır” dedi. Bizə də maraqlı gəldi. Əgər danışan həqiqətən köməkçi idisə, o zaman hansı səlahiyyətlə “Elmar Vəliyev jurnalistlərlə danışmır” dedi? Köməkçinin icra başçısının adından danışmaq səlahiyyətimi var? Onu bilmədik, amma bizə də elə gəldi ki, bizimlə danışan elə Elmar Vəliyevin özü olub.
Amma çox keçmədi ki, mətbuatda yazılanlardan hörmətli Elmar Vəliyevin jurnalistlərlə danışdığının şahidi olduq. O zaman haqlı bir sual meydana çıxır – bəlkə bizimlə danışan həqiqətən köməkçi imiş? O zaman başçı gərək köməkçisini onun adından danışdığı üçün cəzalandırsın…
Hələliksə, bir şey məlumdur: Məhəmməd Əmin Rəsulzadənin büstü iki odioz məmurun – Cavid Qurbanovla Elmar Vəliyevin aralarındakı münaqişəyə qurban gedib.
xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button