Elmar Vəliyev ev yıxmağa başladı-GƏNCƏDƏ ZÜLÜM

Elmar Vəliyev istirahət mərkəzi tikmək üçün adamların evlərini uçurdur

 

Bu gün ölkənin ikinci paytaxtı Gəncə şəhərində evlərin sökülməsi ilə bağlı qalmaqal yaşanıb. Gəncədən verilən xəbərdə deyilir ki, şəhərin Əttarlar küçəsindəki “İkinci döngə” deyilən ərazidə 150-dən artıq evi söküb yerində istirahət mərkəzi və göl düzəldirlər. Sökülən evlərə görə isə qəpik-quruş təklif edirlər. Buna görə də bu gün evləri sökülən vətəndaşlarla şəhər hakimiyyəti arasında gərginlik olub. Ərazini polis qüvvələri mühasirəyə alıb. Şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev və polis rəisi Faiq Şabanov da hadisə yerinə gəliblər.

Vətəndaşları evlərin sökülməsi faktı ilə üz-üzə qoymaq üçün çayın qarşısına bənd atıb suyu evlərə tərəf yönəldirlər ki, adamlar məcbur olub evlərini tərk etsinlər.

Hadisə barədə daha ətraflı xəbər öyrənməyə çalışacağıq…

 

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button