Rubrikalar: GÜNDƏM KRİMİNAL XuralTAC

Elmar Vəliyevi vuran Yunis Səfərovla bağlı cinayət işi məhkəməyə göndərilib

Gəncədə terror törətməkdə təqsirləndirilən Yunis Səfərovun cinayət işi məhkəməyə göndərilib.
Xural.com xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 03 iyul 2018-ci il tarixdə Yunis Səfərovun xarici dövlətlərdə fəaliyyət göstərən radikal dini dairələri təmsil edən mütəşəkkil dəstə tərkibində Gəncə şəhərində şəhər İcra Hakimiyyətinin başçısı və polis əməkdaşına qarşı əvvəlcədən planlaşdırılmış terror aktı olmaqla Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkəmizin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərinə görə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində başlanmış cinayət işinin istintaqı başa çatdırılıb.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu tərəfindən cinayət işi üzrə çoxsaylı istintaq hərəkətləri aparılmaqla Y.Səfərov da daxil olmaqla mütəşəkkil dəstənin 12 üzvü barəsində istintaq yekunlaşdırılaraq 5 dekabr 2019-cu il tarixdə baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət təqibi orqanından qaçıb ölkə hüdudlarından kənarda gizlənən 11 nəfər barəsində isə beynəlxalq axtarış elan olunmaqla barələrində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Paylaş:

This post was last modified on 6 Dekabr 2019 6:04 axşam

Son Əlavələr

  • GÜNDƏM
  • XuralTAC

3 hərbçimiz şəhid oldu

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Tovuz istiqamətində vəziyyət yenə gərginləşib

"Axşam saatlarında Tovuz istiqamətində Azərbaycan-Ermənistan sərhədində vəziyyət yenidən gərginləşib". Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin "Facebook" səhifəsində məlumat yayılıb. "Ermənistan…

13 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Sabiq nazirin anası və həyat yoldaşı vəfat edib

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, "İmproteks Şirkətlər Qrupu"nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib. Bu barədə "Report"a sabiq…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

İrəvanın iddiasına Azərbaycan Müdafiə Nazirliyindən reaksiya: “Yalandır!”

Ermənistan rəsmiləri Tovuz istiqamətindəki itkilərini gizlədir, yerli ermənilər isə “ölənlər və yaralananlar var” yazırlar Ermənistan Azərbaycanın Tovuz rayonu istiqamətində törətdiyi…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Prezidentin köməkçisindən və Müdafiə Nazirliyindən açıqlama

Azərbaycan Müdafiə Nazirliyi Ermənistan kütləvi informasiya vasitələrində (KİV) guya düşmən ölkənin hərbi bölmələrinin Azərbaycan Ordusunun mövqelərini ələ keçirtməsi ilə bağlı…

12 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Təhsilə rüşvət qatanlar kimlərdir?

Xədicə Əlizadə Jurnalist   Korona virusla əlaqədar olaraq dünyada gedən proseslər bütün dünya ölkələrinə təsir göstərdiyi kimi Azərbaycana da təsirsiz…

12 İyul 2020
Xural.COM