Elmar Vəliyev Gəncədə “son zəng”i niyə təzələdi?!

Gəncədən xural.com-a məlumatlar daxil olub. Məlumatlarda deyilir ki, ölkə məktəblərində son zəngin 14 iyunda olmasına baxmayaraq, bu gün Gəncənin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən yenidən son zəng təşkil edilib. Verilən məlumatlarda bildirilir ki, bu “son zəng”i Elmar Vəliyev zorən təşkil etdirib. Gəncədə fəaliyyət göstərən 45-47 məktəbin hərəsindən son sinif şagirdləri və müəllimlər Gəncənin girişində yerləşən, əvvəlcə “Xatirə” parkı adlanan, amma Elmar Vəliyev gələndən sonra Heydər Əliyev parkına çevrilən geniş əraziyə toplanıb. Və orada səhərdən axşama kimi yenidən “son zəng” keçiriblər. Bunun üçün Elmar Vəliyev hətta konsert adı altında bir neçə müğənni də gətirib.

İnformasiyalı mənbələrdən xural.com-a daxil olan xəbərlər başçının bu əməlinin altında başqa niyyətinin olduğunu göstərir. Belə ki, Gəncə sakinlərinin dediyinə görə, bütün Heydər Əliyev parkı Elmar Vəliyevin şəxsi ticarət obyektləridir, ya da orada çalışanlar Elmar Vəliyevə yüksək “haqq” verirlər. Bunu fürsət bilən şəhər meri sadəcə əlavə gəlir əldə etmək məqsədilə məzunları “son zəng” adı altında parka toplayıb. Valideynlərdən birinin dediyindən məlum olur ki, məqsəd Elmar Vəliyevin pul qazanmaq istəyidir:

“Belə biabırçılıq olar? 45-47 məktəbin hərəsindən 25-30 adamı toplayıb “son zəng” keçirir. Bu ölkədə neçə dəfə son zəng keçirilə bilər axı. Adının belə olmasına baxmayın, məqsəd Elmar Vəliyevin pul qazanmaq istəyidir. Parkda çayın bir çayniki 5-10 manatdır. Bu milləti ora yığıb çay və dondurma satdırır. Bizə bu qədər zülüm ola bilərmi? Bu uşaqlar dərs oxumalı, imtahana hazırlaşmalıdır, amma Elmarın pul qazanmaq istəyi bunun qarşısını alır.”

mikayil

Məsələni dəqiqləşdirmək üçün Gəncə şəhər icra hakimiyyətinin başçısı ilə əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Təhsil Nazirliyi də telefonlarımıza cavab vermədi. Hər halda, bu gün Gəncədəki “son zəng”dən görəsən Mikayıl Cabbarovun xəbəri varmı və onun buna izahı necə ola bilər?

Cənab nazir, hər şəhərdə bir dəfə “son zəng” olacaq?

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button