Elmar Vəliyev İmamzadə ziyarətgahına ayrılan pulu mənimsəyib

İcra başçısının hədəsi ziyarətgahın axundunu komaya salıb

İmamzadə ziyarətgahının təmir edilməsi üçün prezident fondundan ayrılan 3 milyon manat vəsaitin əhəmiyyətli hissəsi Gəncənin icra başçısı Elmar Vəliyev tərəfindən mənimsənilib.
Bu barədə məlumatı redaksiyamıza Gəncə şəhərində olan mənbəmiz verib. Mənbənin sözlərinə görə, ziyarətgahın təmirini Gəncə Şəhər İcra Hakimiyyəti həyata keçirib. Amma təmir işləri gözlənilmədən dayandırılıb. İcra başçısı təmirin davam etdirilməsini ziyarətgahın axundu Hacı Tahirə həvalə edib. E.Vəliyev təmiri ziyarətgahın nəzir qutularına yığılan vəsait hesabına davam etdirilməsini tələb edib. Hacı Tahir ilk günlər məsələni Gəncə şəhər Polis İdarəsinin rəisi general-mayor Rasim Musayevin vasitəsi ilə həll etməyə çalışıb. Qeyd olunur ki, Hacı Tahirlə polis rəisi dost münasibətindədir. Lakin R.Musayev Hacı Tahirə bildirib ki, icra başçısına müraciət edə bilməyəcək.
E.Vəliyev isə axunda təzyiqləri artırıb. Bu təzyiqlər qarşısında axundun şəkəri artıb və komaya düşüb. Hazırda axundun ciddi həkim nəzarəti altında xəstəxanada müalicə olunduğu bildirilir.

Əfqan

ASİ-Xural

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button