Elmar Vəliyev xəbər portalına savaş açdı

Gəncə şəhərinin İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev “DİFAİ GƏNCƏ – Müstəqil İnformasiya Portalı“na təzyiq göstərməyə başlayıb. Xural.com-un əldə etdiyi məlumatlara görə, buna səbəb portalda Gəncə haqqında gedən xəbərlərdir. Elmar Vəliyevin adamları portalın səhifəsini müxtəlif yollarla sıradan çıxarmağa başlayıb. Buna görə də portal oxucularına müraciət edib. xural.com müraciəti təqdim edir:

“Hörmətli dostlar, əziz izləyicilər!
Elmar Vəliyevin aşıb-daşan özbaşınalıqlarını və cinayətlərini durmadan ifşa etdiyimiz üçün, onun birbaşa göstərişilə Gəncə şəhər İcra Hakimiyyətinin işçilərini, Gəncə Dövlət Universiteti, ADAU və AzTU tələbələrini zorla bizim səhifəmizdən şikayət etməyə və neqativ rəylər yazmağa məcbur edirlər.
Çoxsaylı şikayətlərin nəticəsi olaraq hazırda fəaliyyətimizdə və paylaşımlarımızda müəyyən məhdudiyyətlərlə üzləşmişik.
Bu çətin günlərdə sizlərin dəstəyinə ciddi ehtiyacımız var!
Əziz dostlar, hamınızdan xahiş edirik, səhifəmizi bəyənib, materiallarını paylaşın, dostlarınızı səhifəmizi bəyənməyə dəvət edin və layiq bildikdə müsbət rəy yazıb səhifəni qiymətləndirin!
Güc birlikdədir!
Qoy bu harınlamış məmur birgə gücümüzün qüdrətindən sarsılsın!
Bu alçaqlıqlara, bu özbaşınalıqlara müqavimət göstərmək qanuni haqqımızdır! Virtual olsa da.
Gəncə qəhrəmanlar şəhəridir və şərəfi olmayan insana heç vaxt baş əyməz!
Əvvəlcədən hər birinizə təşəkkür edirik!
Var olun!”

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button