Elnur matəm lenti ilə səhnəyə çıxdı – FOTO+VİDEO

1Azərbaycanı Eurovizion-2015-də təmsil edən Elnur Hüseynov mayın 19-da müsabiqənin birinci yarımfinalının açılışında iştirak edib.

Azadlıq prospektində baş verən yanğın nəticəsində həlak olan insanlara hörmət və sayğı əlaməti olaraq o, səhnəyə qoluna qara lent bağlayaraq çıxıb. E.Hüseynov müsahibəsində deyib:

“Nə qədər insanlarımız öldü. Bilmirəm, nə deyim. Allah rəhmət eləsin. Belə hadisələr olanda insanın qəlbi qırılır”.

Qeyd edək ki, E.Hüseynov mayın 21-də müsabiqənin ikinci yarımfinalında 11-ci nömrə altında səhnəyə çıxacaq. Təmsilçimiz “Hour of the Wolf” mahnısını səsləndirəcək.

axsham.az

3 2 1

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button