Elşad Mirinin Dini Komitəylə məhkəmə günü bəlli oldu

İlahiyyatçı Elşad Mirinin “İslamda yoxdur” kitabına verilən mənfi rəyə görə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsininə qarşı qaldırdığı iddianın məhkəmə tarixi məlum olub.

Bu barədə ilahiyyatçı şəxsi “Facebook” səhifəsində də yazıb.

İlahiyyatçının paylaşımında bildirildiyi kimi, məhkəmə iclası 4 aprel 2018-ci il tarixində, saat 10:00-da 1 saylı Bakı İnzibati – İqtisadi Məhkəməsində olacaq. Məhkəmə prosesində hakim Aygün Abdullayeva olacaq.

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri uzun müddətdir üzərində işlədiyi və çap etdirəcəyi “İslamda Yoxdur!” adlı kitabı barəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi rəy verib. Rəydə “İslamda Yoxdur!” kitabının çapının qadağan olunduğu bildirilib.

“İslamda yoxdur!” kitabı “İslamda sehr yoxdur”, “İslamda siğə yoxdur”, “İslamda huri yoxdur”, “İslamda azyaşlıların evləndirilməsi yoxdur”, “İslamda seyidlik yoxdur”, “İslamda ölüyə Quran oxumaq yoxdur”, “İslamda peyğəmbərlərin məsumluğu yoxdur” kimi mövzuları əhatə edir.(A24.az)

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button