Elxan Sadıqov hara, DTK generalı hara?!

 1 saylı Bakı İstintaq Təcridxanasının rəisinin “Qara Volqa”nı açan DTK generalının yaxın qohumu olduğunu deyir…

1 saylı Bakı İstintaq Təcridxanasının rəisi Elxan Sadıqov son günlər mətbuat orqanlarının hədəfindədir. Təcridxana rəisinin Nemət Pənahlını şəxsən döydüyü və tabeçiliyindəki əməkdaşları ilə onu təhqir etdiyi, işgəncəyə məruz qoyduğu haqda bir çox məlumatlar yayılmışdı və bu məlumatları Nemət Pənahlının özü də təsdiq etmişdi. Aldığımız informasiyalara görə, Nemət Pənahlı Elxan Sadıqovun döydüyü və işgəncə etdiyi yeganə məhkum deyil. “Onun təcrübəsində belə hallar çoxdur. Nemət Pənahlı tanınmış siyasi xadimdir, ona görə də indi bu əməlləri mətbuata çıxdı. Elxan Sadıqov hər zaman məhkumlara işgəncə verib” deyən məlumatlı mənbədən “bəs niyə onun əməllərinə reaksiya verən yoxdur” deyə soruşduq. Cavab maraqlı və sensasion oldu: “Elxan Sadıqovun arxası möhkəmdir. Özünün dediyinə görə, ona bu ölkədə kimsə bir şey edə bilməz. Elxan Sadıqov hələ sovet vaxtında məşhur “Qara Volqa” cinayət işini açan DTK generalının yaxın qohumu olduğunu deyir. Ona görə də “kəsdiyi başın sorğu-sualı” yoxdur.”

XuralTAC

Əlaqəli məqalələr

3 şərh

  1. elelerinin basini it basi kimi kesib zibilliye tullamaq lazimdki basa dussunki dusene balta vurmaq kisilik deyil Nemet Penahlinin elini qolunu tutub onu vura bilersen ama o cixandan sora arxanda obama da dursa seni qutara bilmeyecek!!!!!

  2. Elxan Sadiqov Indiye kimi gelmis-kecmis yegane turme reisidirki butun dustaqlar ondan razidir. Elbetteki dustaglarinda icinde elələri varki E.Sadiqov kimi insana ser atmag istiyir. Burdan butun ici bu yalan melumati derc eden insan olmaqla her kese deyirem ELXAN SADIQOV HAQQINDA SOYLENEN SEF SIKIRLER YALANDI O HEC VAXT KIMLIYINDEN ASILI OLMAYARAQ HEC BIR DUSTAGA NE ISGENCE VERMEYIB NEDE ISGENCE EMRINI VERMEYIB. NE DOYMEYIB NEDE DOYDURMEYIB. O DUSTAGLARA HEMISE ATA KIMI QARDAS KIMI QAYGI GOSTERIB. TEESSUFKI BIR COXLARI SEXSI PRINSIPINNIN VE GOZU GOTURMEMEYINDEN ONA SER ATIR VE BASQALARIDA BU SERLERE INANARAQ AGILLARINA GELENLERI YAZIR. ELXAN SADIQOV HEQIQI MENADA INSAN ADAMDI KISI ADAMDI. HALAL OLSUN ONA!!! ve burdan Mazar kod adli adama seslenirem: YAZDIQLARINA FIKIR VER SONRA ARXASINDA DURA BILESEN!!!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button