Elza Seyidcahan velosipeddən yıxılıb yaralandı

elzaƏməkdar artist Elza Seyidcan velosipeddən yıxılaraq ayağından yaralanıb. 

Bu barədə musavat.com-un əməkdaşına danışan bəstəkar-müğənni zədənin hələ də ağrı verdiyini deyib: “Eşidəndə ki, ölkəmizdə keçiriləcək Avropa Oyunlarında velosiped yarışları da olacaq, buna çox sevindim. Həvəslənərək velosiped sürməyi öyrənmək istədim. Bu məqsədlə Milli Parkda velosiped sürmək istəyənlər üçün nəzərdə tutulmuş yerə yollandım. Velosipedlə bir az hərəkət etmişdim ki, müvazinətimi saxlaya bilməyib yıxıldım. Nəticədə isə ayağımdan zədə aldım”.

Daha sonra Elza Seyidcahan kürəkəni fotoqraf Elxan barəsində danışıb: “O, mənim bütün işlərimdə yardımçımdır, eyni zamanda da fotoqrafımdır. Nə problemim olsa birinci növbədə Elxana müraciət edirəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button