Emil Məmmədova azadlıq tələb olunur

Emil Məmmədov21.06.2014
Vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi, “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri   Emil Məmmədovun qanunsuz həbsi ilə bağlı bəyanat yayıblar. Musavat.com saytına daxil olmuş bəyanatın mətni aşağıdakı kimidir:
“2007-ci ildə qeydiyyata alınmış “Demokratiyaya Yardım” İctimai Birliyi  Salyan  və ətraf rayonlarda  vətəndaşların sosial və ekoloji problemlərinin həlli ilə məşğuldur. Yerlərdə həllini tapa bilməyən problemlərin həlli üçün Birliyin rəhbəri Emil Məmmədov dövlət başçısına və digər aidiyyatı orqanlara müraciət edirdi.
2013-cü ilin dekabr ayında Salyan rayonunda ictimai vəsaitlərin xərclənməsində  qanunsuzluqlarla bağlı ölkə başçısı İlham Əliyevə və Prezident Administrasiyasının  rəhbəri Ramiz Mehdiyevə ünvanladığı rəsmi şikayətlərdən sonra “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov tərəfindən rayon toplantılarında “xalq düşməni” elan edilib.
04 aprel 2014-cü il tarixdə Birliyə yeni üzv olmuş Tofiq Qasımov qondarma ittihamla (xuliqanlıq maddəsi ilə) həbs edilib. Aprelin 7-dən başlayaraq, icra başçısının göstərişi ilə Salyan rayon Polis Şöbəsində  Birliyə qarşı cinayət işi açılıb.  Belə ki, o, büdcə təşkilatlarının rəhbərlərini zorla polisə çağıraraq Birliyə qarşı ifadə verməyə məcbur edib. Nəticədə birdən-birə rayon icra başçısının təhriki ilə 13 nəfər rayon polis şöbəsinə gələrək təşkilata  4 ay bundan əvvəl üzv qəbul edilmiş Tofiq Qasımovdan zərərçəkmiş qismində şikayət edib. Daha sonra rayon polis şöbəsində  Tofiq Qasımova hədə-qorxu gəlməklə Emil Məmmədovun əleyhinə ifadə alınıb. Həmçinin Salyan RİH başçısı Tahir Kərimovun yaxın qohumları- Salyan rayon Telekommunikasiya qovşağının müdiri Faiq Nəcəfov və Salyan rayon Maliyyə şöbəsinin müdiri Mahir Kərimov Emil Məmmədova qarşı şahidlik edib.
Nəticədə  Emil  Məmmədov 13 May 2014-cü il tarixində Salyan rayon polis şöbəsinə çağrılaraq, qanunsuz olaraq Cinayət Məcəlləsinin  182.2 maddəsi ilə ittiham olunaraq məsuliyyətə cəlb olunmuş, ertəsi gün  Salyan rayon məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qəti imkan tədbiri seçilib. Hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır.
  Hüquq müdafiəçisinin təqsirli hesab edildiyi Cinayət Məcəlləsinin 182.2-ci maddəsi ağır cinayətlər kateqoriyasına aid olmaqla, 5 ildən 10 ilədək azadlıqlıqdan məhrumetmə cəzasını özündə ehtiva edir.
“Demokratiyaya Yardım” İctimai Birliyi cənub regionunda ən fəal vətəndaş cəmiyyəti institutlarından biridir. Qurumun rəhbəri E.Məmmədov dəfələrlə rayon hakimiyyəti strukturlarında korrupsiya faktlarını açıqlayıb, həmçinin yerli sakinlərin hüquqlarının müdafiəsinə qalxıb. Rəhbərlik etdiyi QHT hasilat sənayesində vətəndaş nəzarəti şəbəkəsinin bir sıra layihələrində iştirak edib. Bütün bunlar yerli hakimiyyəti çox qıcıqlandırıb və ona qarşı təqib kampaniyası başlayıb.
Emil Məmmədov ziyalı, yüksək mənəviyyat  sahibidir. Onun fəaliyyəti sayəsində yod zavodunun administrasiyası ilə Neftçala yerli icması arasında ətraf mühitin qorunmasına, Salyanda neft mədəni ilə yerli icma arasında yerli infrastrukturun və ekologiyanın inkişafına dair sazişlər bağlanıb, Bakı-Ələt yolunun inşası zamanı yerli neftçilərin, işçilərin hüquqları müdafiə edilib. Bakı-Ələt yolunun inşası zamanı aşkar edilmiş bardaq şəklində qədim arxeoloji tapıntıların fəhlələr tərəfindən məhv edilməsinin qarşısı E.Məmmədovun sayəsində alınıb və həmin tarixi mədəniyyət abidələri Milli Elmlər Akademiyasına verilib. E.Məmmədov hüquq müdafiəçisi olaraq 2010-cu ildə Salyan rayonunda baş vermiş sel  daşqınlarının nəticələrinin aradan qaldırılmasında da mühüm rol oynayıb. Onun icra hakimiyyəti ilə əməkdaşlığı sayəsində çoxlu problemlər, əsasən kompensasiyaların verilməsi, sakinlərin evlə təmin olunması, Kür çayı məcrasının təhlükəsizliyi kimi bir çox məsələlər həllini tapıb.
Fəaliyyət göstərdiyi müddətdə o fədakarlığı və insansevərliyi ilə nəinki Salyan rayonunda, hətta bütün Aran zonasında insanların rəğbətini qazanıb.
 Hesab edirik ki, Emil Məmmədovla bağlı qondarma ittihamların irəli sürülməsi və onun həbs olunması Salyan RİH başçısının korrupsiya fəaliyyətinin hüquq müdafiəçisi tərəfindən ifşa olunması ilə bilavasitə əlaqəlidir. Həmçinin, hüquq müdafiəçisinin şərlənərək cinayət məsuliyyətinə cəlb olunması və həbsə atılması vətəndaş cəmiyyəti instututlarının susdurulmasına yönəlik addım kimi qiymətləndirilməlidir.
 Biz, aşağıda imza edən Qeyri-hökumət təşkilatları,  vətəndaş cəmiyyəti fəalı, hüquq müdafiəçisi Emil Məmmədovun qanunsuz həbsini pisləyir, onun dərhal həbsdən azad olunmasını tələb edirik. Beynəlxalq təşkilatları onun hüquqlarının müdafiəsi istiqamətində fəal mövqe nümayiş etdirməyə çağırırıq.
Biz eyni zamanda dövlət başçısını Salyanda korrupsiya faktları və büdcə mənimsəmələri barədə Emil Məmmədovun ona ünvanladığı məlum müraciətin araşdırılması üçün müvafiq orqanlara lazımi göstərişlər verməyə çağırırıq.
Biz hüquq- mühafizə orqanlarını, Salyan rayonunda baş verməkdə olan çoxsaylı korrupsiya hallarını  və küllü miqdarda büdcə vəsaitlərinin qanunsuz olaraq mənimsənilməsi barədə Emil Məmmədovun müraciətində göstərilən faktlari araşdırmağa çağırırıq.
Biz inanırıq ki, E. Məmmədov günahsızdır. O həbsdən azad edilməli, onu şərləyib həbs edənlər məsuliyyətə cəlb olunmalıdır”.
Bəyanatı aşağıdakı ictimai fəallar, qeyri-hökumət təşkilatlarının təmsilçiləri imzalayıblar:
Mehman Əliyev, Turan İA direktoru
Esmira Əsədullayeva, Vətəndaş Nəzarəti Şəbəkəsinin koordinatoru
Oqtay Gülalıyev, “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının koordinatoru
Mirvari Qəhrəmanlı, Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri
Nəsrulla Nurullayev, “Ahıl” Ziyalılara Qayğı İB sədri
Qubad İbadoğlu, İctimai Təşəbbüslər Mərkəsinin sədri
Rəsul Cəfərov, Huquqi Mudafiə və Maarifləndirmə Cəmiyyəti
Azər Mehtiyev,  İqtisadi Təşəbbüslərə Yardım İB sədri
Elçin Abdullayev, Demokratik Təsisatlar və Insan Hüquqlari İB sədri
Elşən Həsənov, keçmiş siyasi məhbus, hüquq müdafiəçisi
Hafiz Həsənov, Hüquq və İnkişaf İB sədri
İntiqam Əliyev, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri
Zöhrab İsmayıl,  Azad İqtisadiyyata Yardım Mərkəzinin sədri
Əhməd Abbasbəyli, Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı İB-nin sədri
Azər Rəsul, Mülki Cəmiyyət üçün Hüquq Təşəbbüsü İB sədri
Samir Kazımlı, Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi İB koordinatoru
Əlibəy Zeynallı, “Aran” İnsan Hüquqları Resurs Mərkəzi
Şükür İzzətoğlu, Regional İnsan Hüquqları və Sosial Araşdırmalar Mərkəzi İB-nin sədri
Leyla Əliyeva,  “Milli və Beynəlxalq Araşdırmalar Mərkəzi” İB
Lətafət Məlikova, Regional İnsan Haqları və Maarifləndirmə İB
Mətanət Əzizova,  “Qadın Krisis Mərkəzi” İB
Xalid Kazimov, Regional İnsan Hüquqları və Media Mərkəzinin sədri
Yaşar Ağazadə,  Azərbaycan İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsi   sədri
Fikrət Cəfərov, “Davamlı İnkişaf Cəmiyyəti” İctimai Birliyinin sədri
Asabali Mustafayev, Demokratiya və Insan Hüquqları Resurs Mərkəzinin prezidenti
Leyla Yunus, Sülh və Demokratiya İnstitutunun sədri
Mirəli Hüseynov, Demokratiyanı Öyrənmə İctimai Birliyinin sədri
Rəşid Hacili, Media Hüququ İnstitutu
Fikrət Cəfərli, “İnsan Hüquqları və Qanunların Təbliği ”   ictimai birliyi
Vuqar Həsənli, Demokartik Təşəbbüslər və Sosial İnkişaf İB-nin sədri
Sadiq Həsənov, “Sağlam həyata doğru”Ekoloji İctimai Birliyinin sədri
Rövşən Hacıyev, “Azadlıq” qəzetinin redaktoru
Emin Hüseynov, RATİ sədri
Aslan Vəliyev, Helsinki Vətəndaş Assambleyasının Qərb bölgə nümayəndəliyinin rəhbəri
Nəsrəddin Kərəmov, “Aran” Ekoloji Maarifləndirmə İB sədri
Mübariz Tağıyev, “Mədən Sənayesində İnsan Haqqları” İB sədri
Imranova Aytəkin, “İslam,Demokratiya və insan haqları” Mərkəzinin sədri
Novella Cəfəroğlu, Qadın Hüquqları Müdafiə Cəmiyyətinin sədri
Arzu Abdullayeva, Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri
Məhəmməd Talıblı, İqtisadi Təhlil İnstitutunu sədri
Razi Nurullayev, “REGİON” Beynəlxalq Analitik Mərkəzin sədri
Şaban Nəsirov, İnsan Haqları- 2003 İB sədri
Məhbub Zülfüqarlı, müstəqil jurnalist
Lazım Umudov, “Aran” Regional İnsan Haqları İB sədri
Müstafa Axundov, Sosial Təşəbbüslər və İnsan Hüquqları İB sədri
Fuad Hüseynov, müstəqil jurnalist, keçmiş siyasi məhbus
Taleh Xasməmmədov, hüquq müdafiəçisi, keçmiş siyasi məhbus
Rafik Təmrazov, Bərabər İmkanlar Mərkəzinin sədri və digərləri
XuralTAC

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button