Emin Ağalarov ABŞ-da planlaşdırdığı konsert turunu ləğv edib

Pop ulduz xüsusi məsləhət bürosu və konqreslə razılığa gələ bilməyib

Rus pop ulduzu, Azərbaycanın Xalq artisti Emin Ağalarov Amerikaya səfərini ləğv edib. CNN yazır ki, buna səbəb Emin Ağalarovun ifadələrinə görə xüsusi məsləhət bürosu və konqres ilə razılığa gələ bilməməsidir.

Ağalarov ABŞ-ın dörd şəhərinə planlaşdırdığı ziyarətinə şənbə günü (yanvarın 26-da) Nyu-York səfəri ilə başlamalı idi. Növbəti razılığı əldə etmək onun ABŞ ərazisində olması və ABŞ-ın hüquq-mühafizə orqanlarına tabe olması ehtimalından asılı idi.

Ağalarovun vəkili Skot Balber (Scott Balber) danışıqların ötən həftəsonu pozulduğunu və bazar ertəsi günü səfərin ləğv edilməsinə qərar verildiyini açıqlayıb.

Qulyani (Giuliani) Trampın ifadə ilə bağlı Kohen (Cohen) ilə görüşdüyünü qeyd edib:

“Bu, bizim etdiyimiz yeganə seçimdir,” – Balber bildirib: “Mən xüsusi məsləhət bürosu ilə yanaşı, Konqresin müxtəlif komssiya üzvləri ilə əlaqə qurmağa çalışsam da, bütün səylərimizə baxmayaraq, müqavilənin şərtləri səbəbindən razılıq əldə edə bilmədik”.

Xüsusi məsləhət bürosu şərh verməkdən imtina edib.

Ağalarov bu məsələ ilə bağlı öz “Twitter” hesabında paylaşdığı videoda “mənim nəzarətim xaricində olan şərtlərdən dolayı” deyə bazar günü ləğv olunan səfərə şərh verib. O, öz şərhində xüsusi müşavir Robert Müllerin adını çəkməyib.

Onun səfəri “Got Me Good” adlı sonuncu single albomunu və Müller istintaqı ilə bağlı satirik videonu tanıtmaq idi.

İki tərəf arasında danışıqlar və qarşılıqlı anlaşma imkanı ötən yay ləğv olundu, lakin Ağalarovun Amerika səfərini planlaşdırıldığı zaman yenidən gündəmə gəldi.

Balber Ağalarovun könüllü şəkildə müsahibə verdiyini və ifadələrindən dolayı məhkəməyə çağırılmağı qəbul etməyəcəyini deyib. Balber Ağalarovu Müllerin, yoxsa konqresin məhkəməyə vermək istədiyini bildirmədi.

Müllerin bürosu Trampın Maykl Kohenə konqresə yalan deməsi üçün göstəriş verməsi haqqında “BuzzFeed” saytının xəbərini müzakirə edir.

Rusiya vətəndaşı olaraq Ağalarov ABŞ-ın qanunvericiliyinə tabe deyil. Ağalarov məhkəmə çağırışını qəbul etsəydi, ittihamların qarşısını almaq və ya digər məslələrlə bağlı sənəd və qeydlərinin olub-olmaması haqqında yoxlamalar keçirilə bilərdi.

“Onun gizlədiləsi heç bir şeyi yoxdur. O öz hekayəsini danışmaq istəyir,” – Balber əlavə edib.

Müllerin müstəntiqləri və bir neçə konqres üzvü 2016-cı ildə Donald Trampın, qaynı Jared Kuşnerin (Jared Kushner), Trump kampaniyasının sədri Paul Manafortun və Hillari Klintonu qaralamağa söz verən rusiyalı hüquqşünasın da iştirak etdiyi “Tramp qülləsi” görüşündəki təşəbbüsünə görə Ağalarovla görüşmək istəyirdi.

Emin və Rusiya prezidenti Vladimir Putinə yaxın olan, daşınmaz əmlak biznesi olan milyarder atası Araz Ağalarov 2013-ci ildə Trampın Moskvada “Kainat gözəli” yarışmasını təşkil etməsinə kömək edib. Burada onlar “Tramp qülləsi” tikmək və prezidentlik kampaniyası əsnasında Trampı dəstəkləmək haqqında müzakirələr aparıb. Ağ Evin verdiyi məlumata əsasən, 2016-cı ilin iyununda gerçəkləşən görüşdən bir gün sonra Araz Ağalarov Trampa doğum günü üçün bahalı rəsm əsəri göndərib.

Ağalarovlardan biri ilə aparılan danışıqlar bir neçə istintaqa, o cümlədən Donald Trampın “Tramp qülləsi” görüşü haqqında əvvəlcədən bilib-bilməməsi, Rusiya ilə Tramp kampaniyası arasında əlaqə olub-olmaması haqqında istintaqa işıq tutacaq. Tramp Mülerin suallarına yazılı olaraq cavab verib və görüş haqqında əvvəlcədən məlumatı olmadığını yazıb.

Ağalarovların Tramp ilə əlaqəsi 2013-ci ildə Las Veqasda keçirilən “Miss Amerika” gözəllik yarışmasında başalyıb.

Orada onlar Trampın sponsorluq edəcəyi “Miss Kainat” gözəllik yarışmasının noyabr ayında Moskvada keçirililməsini müzakirə edib. Trampın təşkilatına bir neçə milyon dollar ödənilməsi haqqında müqavilə imzalanıb.

Bir çox insana istinadən “Washington Post” yazır ki, Trampın yardımçıları gözəllik yarışmasını izləməsi üçün Putinə dəvət məktubu göndərib. Putin noyabr ayında keçirilən yarışmada iştirak etməyib, lakin Tramp iştirak edib və həmin həftə sonu Eminin klipində bu frazadan istifadə olunub “Siz atəş etdiniz.”

Ağalarovlar Tramp üçün müxtəlif insanalrın, o cümlədən Rusiyanın ikinci ən böyük bankının müdirinin qatıldığı nahat təşkil edib.

Səfər zamanı Ağalarovlar və Tramp Moskvada “Tramp qülləsi”nin markalaşması məsələlərini müzakirə ediblər. Bunun üçün niyyət məktubu imzalanıb və qüllə üçün danışıqlar 2014-cü ilin sonuna qədər davam edib. Lakin müqavilə ləğv olunub.

Ağalarovlar prezidentliyə namizədliyini verməyə hazırlaşan Tramp ilə növbəti iki il ərzində əlaqə saxlamağa davam edib. Putin və Tramp arasında görüş imkanı yaranıb. 2015-ci il 24 iyul tarixində Ağalarovun sözçüsü Rob Qoldston (Rob Goldstone) Trampın köməkçisi Rona Qraffa (Rona Graffu) elektron məktubla müraciət edərək prezidentliyə namizəd Trampı Araz Ağalarovun Moskvada keçiriləcək 60 illik doğum günü yubileyinə və Eminin təşkilatçılığı ilə prezident Putinlə görüşməsi üçün dəvət edib. Kampaniyasının bu məqamında Tramp yubileyə qatılmaqdan imtina edib.

2016-cı ilin fevral ayının sonunda Ağalarov Trampı möhtəşəm çərşənbə axşamı prezident seçkilərinə görə təbrik edib və Palatanın Kəşfiyyat Komitəsinin kiçik hesabatına əsasən Ağalarov Trampa “ABŞ və Rusiya münasibətlərinə əsaslanaraq xüsusilə rusiyalı dost və iş adamlarının köməyini və dəstəyini ” təklif edib.

“Tramp Qülləsi” yığıncağından bir gün sonra Araz Ağalarov Trampa doğum günü üçün bahalı bir rəsm əsəri göndərib.

Tramp bir neçə gün sonra, 17 iyun 2016-cı il tarixində Ağalarova təşəkkür məktubu ilə cavab verib və Palatanın hesabatına görə məktubda “Mən nadir hallarda söz tapa bilmirəm. Ancaq indi sizin dostluğunuza nə qədər dəyər verdiyimi və bu möhtəşəm hədiyyə üçün nə qədər təşəkkür etdiyimi söyləyə bilərəm. Bu, həmişə xatırlayacağım doğum günüdür,” – yazıb.

Tramp seçkiləri qazandıqdan və Ağ Evə köçdükdən sonra da ailələr arasındakı əlaqələr davam edib. 2016-cı il noyabrın 28-də Qoldston Qraffa (Goldstone Graff) elektron məktubunda qeyd edir ki, “Araz Ağalarov mənə bu sənədi verərək müvafiq komandaya çatdırmağımı istədi”.

Ağalarlovlara olan ictimai diqqət onların ailə biznesinə təsir edib. Banklar şübhəli əməliyyatlarla bağlı hesabat yayımladıqdan sonra digər banklar Ağalarovun uzun müddətdir əməkdaşı olan İke Kaveladzeyə məxsus hesabları bağlayıb. Ağalarovları və Kaveladzeni təmsil edən Balber əməliyyatlarda heç bir şübhəli bir şeyin olmadığını və qanuni iş məqsədi daşıdığını söyləyib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button