Emin Milli Meydan TV-dən getdi

Məşhur müxalifət xadimi, Meydan TV-nin direktoru, keçmiş siyasi məhbus Emin Milli vəzifəsindən istefa verib.

Virtualaz.org bildirir ki, E.Milli bu barədə öz “Feysbyuk” səhifəsində yazıb.

“Mən hesab edirəm ki, hakimiyyətdə də, müxalifətdə də, mediada da, QHT-lərdə də olan rəhbərlər 20-30 il ərzində eyni vəzifədə qalmamalıdırlar. Heç 5 ildən çox eyni vəzifədə qalmaq məsləhət deyil. Bu liderlər öz yerlərini daha gənc, daha bilikli, daha çevik kadrlara verib getmək üçün özlərində cəsarət tapmalıdılar”, – Emin Milli bildirib.

O, bundan sonra iş axtaracağını, yaxud yeni bir layihə üzərində çalışacağını istisna etməyib: “Bu illər ərzində bizi və məni dəstəkləyən hər kəsə bir daha səmimi olaraq təşəkkür edirəm! Bizi bir çox çıxılmaz vəziyyətlərdən çıxara bildiz. Bundan sonra işsiz olacam, iş axtaracam və düşünəcəm ki, Azərbaycan üçün, xalqımız üçün, cəmiyyətimiz üçün necə faydalı ola bilərəm. Bu dünyada harda işə düzələcəyimdən və ya hansı yeni iş/layihə quracağımdan asılı olmayaraq hər zaman olduğu kimi Azərbaycana, xalqıma, dövlətimə xidmət edəcəm. İdman, yoqa və meditasiya ilə də hərdən məşqul olacam. Sizə də məsləhət görürəm”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button