Emin Millinin qaynına ölmüş vəkil təqdim olunubmuş

emin milli

Meydan TV-nin direktoru Emin Millinin qaynı Nazim Ağabəyov həbs olunarkən xeyli əvvəl dünyasını dəyişmiş şəxs ona dövlət hesabına vəkil kimi təqdim edilib. Bu faktın üstü fevralın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Nazim Ağabəyovun işi üzrə məhkəmə iclasında açılıb. Ağabəyovun vəkili Adil İsmayılov bunu sübut edən sənədləri, o cümlədən Vəkillər Kollegiyasının cavabını məhkəməyə təqdim edib.

Vəkil qeyd edib ki, Nazim Ağabəyov həbs olunarkən ona özünün istədiyi vəkilin xidmətindən istifadə etməyə imkan verilməyib:

«Bu adama özünün istədiyi vəkil tərəfindən müdafiə olunmaq hüququ izah edilməyib. Müxtəlif hüquq məsləhətxanalarından dövlət hesabına yeddi vəkil təqdim olunub ki, bunların birini seçməlisən. Onlardan da biri – Tofiq Qasımov, ümumiyyətlə, həmin vaxt həyatda olmayıb. Guya o da onlardan birini seçib. Aylıq gəliri 5 min manat olan adamın özü istədiyi vəkillə təmin olunmasına niyə imkan verilməyib?».

Məhkəmə iclasında Nazim Ağabəyovdan tapıldığı iddia olunan narkotik üzrə rəy vermiş ekspert Aybəniz Hüseynova şahid qismində dindirilib. O, məhkəməyə vəkil Adil İsmayılovun ötən iclasda qaldırdığı vəsatət əsasında çağırılmışdı. Vəkil ekspert rəyinə əlavə edilməli olan spektroqramın (narkotik vasitələrin tərkibi barədə) işin içində olmaması və digər məsələlərlə bağlı ekspertin dindirilməsini istəmişdi.

Azadliq.info

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button