Emmy Mükafatlarında qaliblər kimlərdir?

Televiziya dünyasının Oskarı sayılan Emmy Mükafatları sahiblərinə çatıb…

Los-Ancelesdə keçirilən 63-cü Emmy Mükafatlarının builki sahibləri məlum olub.

Mükafatlandırma gəcəsinin aparıcısı aktrisa Ceyn Linç olub. Keçən il ən yaxşı komediya serialı seçilən “Müasir ailə” bu il də eyni mükafatı qazanıb. Serial heyəti komediya serialında ən yaxşı köməkçi aktrisa, ən yaxşı köməkçi aktyor, ən yaxşı ssenari və ən yaxşı rejissor da daxil olmaqla 4 mükafat qazanıb. Üç ildir ən yaxşı drama mükafatını qazanan “Dəli Kişilər” serialı bu il dördüncü dəfə qalib olub. Gecənin ən gözəl qaliblərindən olan Keyt Uinslet ən yaxşı mini serial nminasiyasında mükafatlandırılıb.

Emmy Mükafatlarının digər sahibləri bunlardır:

 Ən yaxşı komediya aktyoru: Cim Parsons, “Big Bang Theory”

Ən yaxşı komediya aktrisası: Melissa Makkarti “Mike & Molly”

Ən yaxşı dram aktrisası: Julian Margulies “The Good Wife”

Ən yaxşı dram aktyoru: Kayl Çendler “Friday Night Lights”

Ən yaxşı mini serial aktrisası: Keyt Uinslet, “Mildred Pierce”

Ən yaxşı mini serial aktyoru: Barri Peppers, “The Kennedys”

Ən yaxşı mini serial: “Downton Abbey (Masterpiece)”

Ən yaxşı komediya serialı: “Modern Family”

Ən yaxşı dram: “Mad Men”

“Xural” qəzeti,

il 9, sayı: 037 (445), 20 sentyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button