“Erməni əsgərlərin qaçması üçün “T-72″ tankı atəş açdı, Azərbaycan PUA-sı tankı vurdu” –Rus jurnalisti (VİDEO)

tank-cebhe

Rus jurnalist Kirill Romanovski ermənilərin Horadizdə vurulan tankı ilə bağlı bəzi təfərrüatları üzə çıxarıb.

Strateq.az baku.ws-ə istinadən bildirir ki, Ermənistan tərəfi iddia edirdi ki, guya tankı qarşı tərəf vurmayıb. İddiaya görə, erməni tankı manevr edərkən aşıb və sıradan çıxıb.

Ancaq hadisə zamanı həmin ərazidə olan rus jurnalist baş verənlərin heç də ermənilərin iddia etdiyi kimi olmadığını söyləyib.

Onun sözlərinə görə, aprelin 3-də Azərbaycan hərbi əməliyyatları davam etdirərək erməniləri Horadiz istiqamətində geri çəkməyə məcbur edib. Əsgərlərin ərazidən çıxması üçün T-72 tankı qarşı tərəfə atəş açaraq vaxt qazanmağa çalışıb. Ancaq bu cəhd uğursuz olub. Belə ki, Azərbaycan tərəfinin kamikadze PUA-sı tankı məhv edib. Tankda olan heyətdən heç kim sağ qalmayıb.

Ermənilərin iddiasına görə, yalnız bir tankçı partlayış zamanı məhv olub. Rus jurnalist isə tankda olan əsgərlərin hamısının məhv olduğunu və külə döndüyünü bildirib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button