Erməni əsilli avropalı agent Azərbaycanda ifşa oldu

kitab

Əlvənd Mehmanın imzası ilə Azərbaycanın ən qalmaqallı dedektiv kitabı çap olunub. Gerçək faktlara söykənən kitabda avropalı erməni agentinin Azərbaycanda gizli işlərindən və nəticədə onun ifşa olunmasından bəhs olunur. Eyni zamanda, kitabda Azərbaycanın dövlətçilik tarixində ilk dəfə olaraq polislə krimanal aləmin birgə əməliyyatı da öz əksini tapıb. Kitabda məşhur avtoritet “Yaponçik”in Azərbaycan dili bilməsi də yer alıb. Həmçinin itmiş Arran dövləti, bu tarixin itirilməsində Vatikan və digər Avropa dövlətinin maraqları, Nizami Gəncəvinin Atabəy Qızıl Arslanla Həmdünyan kəndində görüşünün sirləri öz əskini tapıb. Qeyd edək ki, kitabı “28 May” metrostansiyası ətrafındakı kitab mağazalarından və digər kitabxanalardan əldə etmək mümkündür.

xural.com

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button