Erməni deputatı qorxub və dilə gəlib: “Hər yerdə türk var!”

Ermənistanın KİV-ləri xəbər verir ki, Metakse, Facebook-dakı səhifəsində yazıb ki, Xankəndini – “Stepanakerti tərk edirsən, adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı…”

Görünür, Ermənistanda get-gedə reallığı dərk etməyə başlayırlar. Söhbət ikinci Qarabağ müharibəsində ermənilərin məğlubiyyətindən sonra, onlar üçün ağır qəbul olunan reallıqdan gedir. Lakin, bu böyük məğlubiyyətin miqyasını dərk etmək üçün, erməni siyasi xadimləri, tez-tez Qarabağa səfər etməlidirlər. Elə separatist rejimin “parlamentinin deputatı” Metakse Akopyan da belə edib:

“Stepanakerti (Xankəndi) tərk edirsən, adam dəli olur. Hər tərəfdə Azərbaycan bayrağı… Yolda üç azərbaycanlı rahat şəkildə böyürtkən yeyirlər… Şuşi… çox dəyişib və çox eybəcər olub… Siz isə, Araik və Nikol, asfalt çəkirsiz, xalqın başına çəkic atırsız və yalan danışırsız… yalan, yalan, yalan… Bu, sizcə, xilas edəcək?”

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button