Erməni məhkəmədə ağladı: Anamın mənə ehtiyacı var….

Casusluqda ittiham olunan ermənilər – Davtyan Davit Tiqrani və Sujyan Gevorg RubeNoviçin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Prosesin sonunda, Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç məhkəmədən mərhəmət istəyiblər. Onlar əməllərindən peşman olduqlarını deyiblər.

Davtyan Davit Tiqrani, son söz deyən zaman ağlayıb. Məhkəməyə bildirib ki, xəstə anası var və ona ehtiyacı var. Məhkəmə, müşavirədən sonra hökmü elan edib. Hökmə əsasən, casusluqda ittiham olunan ermənilərin hər biri, 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd olunub ki, təqsirləndirilən şəxslər cəzalarını çəkib başa çatdırdıqdan sonra, Azərbaycan hüdudlarından kənara çıxarılmalıdır. Onlar cəzalarının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button