Erməni milyonerləri pul kisəsinin ağzını açıb

QAT sərt bəyanat verdi: “Bəzi QHT-lər bağlanmalıdır!”

Redaksiyamıza Qarabağ Azadlıq Təşkilatının bəyanatı daxil olub. Bəyanatda deyilir: “Qarabağ Azadlıq Təşkilatı bəzi Qeyri-Hökumət Təşkilatları tərəfindən üzdəniraq “xalq diplomatiyası”nın yenidən canlandırılması cəhdlərini qətiyyətlə pisləyir. Dünənə qədər “xalq diplomatiyası”nın əleyhinə olan bəzi QHT-lərin də bu prosesə qoşulması acı təəssüf hissi doğurur. Görünür ki, onlar da erməni milyonerlərinin pul kisəsi qarşısında duruş gətirə bilmədilər.Bu cür QHT rəhbərlərinin nəzərinə bir daha çatdırırıq ki, əgər Ermənistan rəhbərliyi və cəmiyyəti işğal olunmuş ərazilərin bir qarşını da geri qaytarmayacağını bildirirsə, işğal olunmuş ərazilərdə hərbi təlimlər keçirir və hətta meyitlərlə alver edirsə, “xalq diplomatiyası”nın, əməkdaşlıq və barış çağırışlarının heç bir mənası yoxdur. Bu yolla erməniləri öz niyyətlərindən daşındırmaq mümkün deyil. Bu aydın həqiqəti dərk etmək üçün o qədər də güclü ağıla ehtiyac yoxdur. Bu QHT rəhbərləri bu hərəkətləri ilə Ermənistanın işğalçı siyasətinə xidmət göstərir, Azərbaycanın milli maraqlarına zərbə vururlar.

Biz öz imkanlarımız hesabına bu QHT-lərin fəaliyyətinin qarşısını ala bilərik, lakin Azərbaycan cəmiyyətində qarşıdurmanın yaranmasını istəmirik. Ona görə də hesab edirik ki, Ədliyyə Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və digər hüquq-mühafizə orqanları bu cür QHT-lərin fəaliyyətini ciddi şəkildə araşdırmalı, ermənilərlə birgə işlənilən layihələrin hansı mərkəzlər tərəfindən maliyyələşdirilməsi və hansı məqsədləri qoyduğunu müəyyənləşdirməlidir. Bu cür QHT-lər bağlanmalı, onların rəhbərləri məsuliyyətə cəlb olunmalıdır.
Biz öz növbəmizdə araşdırmalarımızı aparacaq, təsir imkanlarımızdan istifadə edəcəyik.”

XuralTAC

“Xural” qezeti
il: 9, sayı: 047(407), 19-25 dekabr 2010-cu il

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button