Erməni siyasi məhbus: “Məni yavaş-yavaş öldürürlər”

Qiyamçı “Sasna Tsrer” qrupunun həbs edilmiş üzvü Karo Yeqnukyan bildirib ki, Ermənistan hakimiyyəti onu öldürmək istəyir.

Xural.com virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə o, “Sasna Tsrer”in 11 üzvünün işinə baxılan məhkəmənin iclasında deyib.

Xatırladaq ki, bu qrupun üzvləri dövlət çevrilişinə cəhddə və Yerevanda polis idarəsində girovların ələ keçirilməsində ittiham edilirlər.

Məhkəmədə çıxış edən Karo Yeqnukyan qeyd edib ki, səhhəti ilə bağlı problemlərlə əlaqədar kritik vəziyyətdədir. Həbsxanada qalması onun ölümünə səbəb ola bilər.

Buna baxmayaraq, hakim onu zaminə buraxmaqdan və işə xüsusi qaydada baxılmasından imtina edib.

“20 ildən artıqdır ki. tənəffüs yollarının xəstəliyindən əziyyət çəkirəm. İstənilən an yatıb bir daha oyanmaya bilərəm. Kamerada dözülməz şərait hökm sürür. Qohumlarım mənə kondisioner və distillə edilmiş su gətiriblər – onlarsız çoxdan ölmüşdüm. Hərəkət edə bilmirəm, amma məni zorla məhkəməyə gətirirlər, bilirlər ki, hər an ölə bilərəm. Mən Avropa İnsan Haqları Məhkəməsinə müraciət edib məni öldürmək istədiklərini bildirməyə məcburam”, – Yeqnukyan deyib.

Karo Yeqnukyan həmçinin “Sasna Tsrer”lə əlaqədə olmasını inkar edir və siyasi motivlərlə tutulduğöunu deyir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button