Ermənilər Cümşüd Nuriyevi təbliğə başladılar

Xocalı soyqırımı

Erməni mətbuatı Cümşüd Nuriyevin

Cümşüd Nuriyev

Ramil Səfərovla  bağlı sözlərini manşetə  çıxardı

 

 

 Bir neçə gün öncə Azərbaycanda nəşr olunan “Bizim yol” qəzetinin politoloq kimi təqdim etdiyi Cümşüd Nuriyevlə  müsahibəsi ermənilərin işinə yarayıb.

Qeyd edək ki, C.Nuriyev öz müsahibəsində ordumuzun zabiti Ramil Səfərovu “dırnaqarası qəhrəman”, “xalqın başının aşağı edən” və “ağılsız qanunsuzluq etmiş insan” kimi sözlərlə təhqir  etmişdi. O, eyni zamanda R.Səfərovu Azərbaycan bayrağını təhqir edən Q.Markaryanı yatdığı yerdə öldürməkdə ittiham etmişdi.

“Politoloq”un bu çabaları öz nəticəsini verib. Belə ki, əksər erməni KİV-ləri bu məlumatı yüksək fəxr və qürur hissiylə yayımlayıblar. Bu haqda xəbərlərin əksəriyyəti, “Azərbaycanlı politoloqdan etiraf: Bir zabiti yatdığı yerdə öldürən zabit saxta qəhrəmandır!” başlığı ilə yer alıb. Bununla bağlı bəyanat yayan Ramil Səfərovun hüquqlarının müdafiəsi saytı (www.ramilsafarov.info)  bəyanat yayıb.

“Biz bu münasibətlə “politoloq” Cümşüd Nuriyevi və “Bizim yol” “qəzet”ini səmimi qəlbdən təbrik edirik. Riyakarcasına olsa da gülümsəyin cənablar, əziyyətiniz bəhrəsini verdi”- deyə sayt rəhbərliyi bildirib.

“Xural” qəzeti,

il 9, sayı: 051 (459), 04 oktyabr 2011

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button