Ermənilər yenidən başladı: “Qarabağ Azərbaycanın bir hissəsi ola bilməz!”

Hayastan parlament fraksiyası Ermənistan hakimiyyətini cəmiyyətin “arxasından” danışıqlar aparmağa qarşı çıxaraq, onu xəbərdar edib.

Ermənistan Milli Assambleyası hakimiyyətdən Azərbaycanla Konstitusiyaya və ölkənin müstəqilliyinə zidd olan istənilən danışıqlardan və ya şifahi razılaşmalardan imtina etməyi tələb edir. Bu barədə parlamentin “Hayastan” (“Ermənistan”) müxalifət fraksiyasının təklif etdiyi bəyanat layihəsində deyilir.

Bəyanatın mətnini parlamentin müxalifət fraksiyasından olan vitse-spiker İşxan Saqatelyan cümə axşamı Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası məsələləri ilə bağlı keçirilən dinləmələrdə oxuyub.

Bəyanatda deyilir: “Ermənistan Milli Məclisi hesab edir ki, Azərbaycan SSR-ə zorla birləşdirilmiş Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibinə daxil ola bilməz. Bundan əlavə, Azərbaycan öz konstitusiyasında Azərbaycan SSR-in hüquqi varisi olmasını şərt qoymayıb”.

Bəyanat müəllifləri qeyd edirlər ki, Ermənistanın hər hansı xəritə ilə müəyyən edilmiş sərhədləri əsas götürmək üçün heç bir hüquqi öhdəliyi yoxdur. Bundan əlavə, Ermənistanı təmsil edən heç bir vəzifəli şəxs, o cümlədən icra hakimiyyətinin başçısı və ya hər hansı digər nümayəndə Ermənistan Respublikasının və Dağlıq Qarabağın hüquq normalarını pozaraq şifahi və yazılı razılıq verə bilməz. Bəyanat layihəsində o da bildirilir ki, Ermənistanla Azərbaycan arasında mübahisələr sülh yolu ilə, güc tətbiq edilmədən və hədə-qorxu ilə həll oluna bilər.

Müxalifət həmçinin hesab edir ki, sərhədlərin müəyyənləşdirilməsi məsələsi heç bir halda Dağlıq Qarabağ xalqının öz doğma torpağında qanuni yaşamaq hüququnun həyata keçirilməsindən ayrıla bilməz. Parlament beynəlxalq strukturları və dost ölkələrdən olan həmkarlarını Türkiyə və Azərbaycanın Ermənistana və Dağlıq Qarabağa qarşı davam edən cinayətlərini pisləməyə, habelə onların məsuliyyətə cəlb edilməsi üçün tədbirlər görməyə çağırır.
Saqatelyan mətni oxuduqdan sonra qeyd edib ki, layihə bugünkü dinləmələrdə müzakirə olunacaq, ondan sonra sənəd qəbul olunacaq.

Xatırladaq ki, Ermənistan cəmiyyətinin və müxalifətinin 2 tək, bir cüt nümayəndəsi Azərbaycanla sərhədin demarkasiyası və delimitasiyası ilə bağlı gözlənilən prosesə mənfi münasibət bəsləyir və hesab edir ki, bu, Azərbaycan Respublikasının ərazi bütövlüyünün faktiki olaraq Qarabağ məsələsinin tanınması və bağlanması deməkdir.

Üstəlik, müxalifət hakimiyyətin bu məsələ ilə bağlı sənədin tezliklə imzalanmasından şübhələnir, sazişin mətninin ictimaiyyətə açıqlanmasını tələb edir. Hakimiyyət də öz növbəsində diplomatik proseslərin məxfiliyinə istinad edir, eyni zamanda Dağlıq Qarabağ məsələsinin sərhədlərin demarkasiyası ilə heç bir əlaqəsi olmadığını bildirir.

Xural.com

Mənbə

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button