Ermənistan “Eurovision – 2012”də iştirakdan rəsmi olaraq imtina etdi

07.03.2012

Ermənistan bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsində iştirakdan rəsmi olaraq imtina etdi. Bu barədə EBU-nun (Avropa Yayım Şurası) rəsmi saytında deyilir.

“Ermənistanın “Eurovision”da iştirakdan imtina qərarından məyus olduq”, deyə müsabiqənin icraçı direktoru Con Ola Sand bildirib.

“EBU-nun erməni nümayəndə heyətinin iştirakını təmin etmək səylərinə baxmayaraq, bu, baş vermədi”, deyə o söyləyib.

Xatırladaq ki, bir müddət əvvəl 20 erməni ifaçı müsabiqədə iştirakdan imtina etdiklərini bildiriblər və bunu Azərbaycanın Ermənistan əleyhinə siyasəti ilə əsaslandırıblar.

Bundan sonra Ermənistan İctimai TV imtina haqqında rəsmi qərar qəbul edilmədiyini bildirmişdi. İndi isə nəhayət ermənilər Bakıya gəlməməyi qərara aldılar.

57-ci “Eurovision” mahnı müsabiqəsi Bakıda keçiriləcək. Müsabiqənin yarımfinal mərhələləri mayın 22 və 24-də, finalı isə 26-da keçiriləcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button