Ermənistan döyüşləri iki ölkə sərhədinə keçirir, Şəmkirin ardınca Tovuz da raket atəşinə tutulur

Ermənistan ordusu Qarabağda qüvvələrinin tükəndiyini görərək döyüşlər Azərbaycanla dövlət sərhəddinə keçirməyə başlayıb. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı təcili məlumata görə düşmən hazırda Bərdə rayonunun Əmirli, Tovuz rayonun Ağdam və Ağdam rayonunun Quzanlı yaşayış məntəqələrini raket atəşinə tutur.

Bundan əvvəl Ermənistan ordusu Şəmkirin Sabirkənd kəndini atəşə tutmağa başlamışdı. Azərbaycan ordusu düşmənə adekvat cavab verəcək.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button