Ermənistan Milli Təhlükəsizlik Xidməti Azərbaycan sərhədçilərinə atəş açıldığını təsdiqləyib

Yayımlandı: 12 Aprel 2024 13:47

Faktla bağlı cinayət işi açıldığı bildirilir

Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) iki ölkə arasında şərti sərhəddə Azərbaycan sərhədçilərinə atəş açıldığını təsdiqləyib.

Xidmətin yaydığı məlumatda deyilir ki, aprelin 10-da Ermənistan-Azərbaycan dövlət sərhədinin Nerkin Xndzoresk kəndi hissəsində baş vermiş insidentlə bağlı daxili araşdırma aparılıb. Məlum olub ki, çoban və sürüsünün Azərbaycan ərazisində azması haqda Ermənistan hərbi birləşməsinin əsgəri bölmədə sərhəd xidməti həyata keçirən zabitə məlumat verib.

“Sərhədçilər Ermənistanın dövlət sərhədini keçməyə və sürünü geri qaytarmağa cəhd göstərib, bununla da sərhəd-mühafizəsi qaydalarını pozub, bu isə ehtiyatsızlıqdan xeyli miqdarda ziyan vurub; yəni qeyd olunan sərhəd zastavasında lüzumsuz atışmalar başlanıb, insanların həyat və sağlamlığı təhlükə altına atılıb, törədilmiş əməllər milli təhlükəsizliyə təhdid yaradıb”.

MTX hesab edib ki, hadisə dövlət sərhədinin qeyd olunan zonasında lazımi nəzarətin həyata keçirilməməsi nəticəsində yaranıb.

Bu hadisə nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.

“Baş vermiş hadisədən təəssüflənərək bildiririk ki, bu kimi halların qarşısının alınması məqsədilə müvafiq tədbirlər görülüb”.

Daxili araşdırmanın nəticələrinə görə, Ermənistan Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, Ermənistan İstintaq Komitəsinə protokol təqdim edilib.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) məlumatına görə, aprelin 10-da sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən 2 nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub. Dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadına Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button