Ermənistan Moldovadan 60 ton silah alıb

Moldovanın OMEGA agentliyinin yaydığı məlumata görə, ötən həftə Ermənistan saxta Latviya firması vasitəsilə Moldovadan 60 ton silah alıb.

Yük Kişinyovdan Ermənistana məxsus İl-76 təyyarəsi ilə sentyabrın 13-də və 14-də iki reysdə daşınıb.

Moldova Müdafiə Nazirliyinin məlumatına görə, yük artilleriya və tank əleyhinə sistemlərdən ibarət olub.

Moldova baş nazirinin müavini Valeri Lazerin jurnalistlərə verdiyi məlumata görə, sözləşməni Riqada qeydiyyatdan keçmiş Latviya şirkəti həyata keçirsə də, bu silah partiyası Ermənistana aparılıb.

“Təyyarə Ermənistana məxsusdur, istifadə olunmuş silah partiyasını Latviya alıb və belə hallarda tələb olunan son alıcı sertifikatına əsasən, mal Ermənistana çatdırılmalıdır”, deyə Lazer bildirib.

Öz növbəsində, Ermənistan tərəfi silah alınması faktını təkzib edir.

“Xural” qəzeti,

il 9, sayı: 038 (446), 21 sentyabr 2011

 

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button