Rubrikalar: GÜNDƏM XuralTAC

Ermənistan Naxçıvanla sərhəddə hasar hörəcək?!

Ermənistanın müdafiə naziri David Tonoyan bu gün Beynəlxalq Qırmızı Xaç komitəsinin Yerevan nümayəndəliyinin rəhbəri Kleyr Meytronu qəbul edib. Xural.com-un məlumatına görə, virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə beynəlxalq humanitar təşkilatın rəhbəri Ermənistan-Azərbaycan sərhəddinin Naxçıvan istiqamətində müdafiə hasarları tikintisi barədə təklif irəli sürüb.

Belə ki, tərəflər Azərbaycan-Ermənistan sərhəddinin Naxçıvan sahəsində son vaxtlar artan gərginliyi müzakirə ediblər. Kleyr Meytro həmin istiqamətdə mülki sakinlərə, onların əmlakına “təhlükənin yaranmasından” narahatlıq ifadə edib və bildirib ki, Komitə Ermənistanın müvafiq strukturları ilə risklərin azaldılmasına dair pilot proqram həyata keçirməyə hazırdır. Proqram məktəblərin, uşaq bağçalarının və daha çox atəş altında qalan sahələrin ətrafında müdafiə hasarlarının çəkilməsini, habelə əhali arasında məlumatlandırma aparılmasını nəzərdə tutur.

Qeyd edək ki, Azərbaycan ordusu ötən il Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək mövqelərini bir neçə kilometr irəli çəkib, habelə strateji əhəmiyyətli “Qızılqaya” yüksəkliyini tutub. Bu yüksəklikdən Ermənistandan Qarabağa gələn Gorus-Laçın avtomobil yolunu və bir sıra yaşayış məntəqələrini, habelə düşmən ordusunun mövqelərini nəzarətdə saxlamaq mümkündür.

Ermənistan Müdafiə Nazirliyi əvvəlcə Naxçıvan istiqamətində “heç nə baş vermədiyini” israrla bildirsə də, daha sonra Azərbaycan ordusunun irəlilədiyini və nəticədə bəzi erməni yaşayış məntəqələrinin atəş altına düşdüyünü etiraf etməli oldu.

Paylaş:

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Ziya Məmmədovun qardaşı oğlu Biləcəridə küçəni bağladı-İNSANLARI DA TƏHQİR ETDİ!

"Biləcəri qəsəbəsinin Yəhya Hüseynov küçəsi, Finevi 61 ünvanında anormal hadisələr yaşanır. Buradan verilən əmrlə küçənin yolunu bağlayır, bizi saya salmırlar"…

2 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Dünyada 186 jurnalist koronavirus səbəbindən həyatını itirib

Son dörd ay ərzində 35 ölkədə azı 186 jurnalist koronavirus səbəbindən həyatını itirib. AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Həkim Aydın Əliyev: “190 manat yardım alan şəxs testə görə 120 manatı necə ödəsin?”

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri, radioloq həkim Aydın Əliyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin…

1 İyul 2020
  • GÜNDƏM
  • MƏTBUAT
  • XuralTAC

AzTV-nin əməkdaşı koronavirusdan vəfat edib

AzTV dövlət telekanalının əməkdaşı Samir Nəcəfzadə koronavirus infeksiyasından vəfat edib. Bu barədə baş dövlət telekanalının mətbuat xidməti məlumat yayıb. O,…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Daha 250 nəfər Dağıstanla sərhədi keçib

Rusiya hakimiyyəti Dağıstan-Azərbaycan sərhəddində səhra düşərgəsini daha bir ay saxlayacaq. Bu barədə Dağıstan rəhbəri Vladimir Vasilyev və Rusiya prezidenti Vladimir…

1 İyul 2020
  • GÜNDƏM
  • XuralTAC

Cinsi ayrı-seçkilik: 140 milyon “itirilmiş” qız…

BMT-nin Əhali Fondunun hazırladığı “Dünya Əhalisinin Vəziyyəti” adlı qlobal hesabatın builki sayı işıq üzü görüb. Xural.com xəbər verir ki, Fonddan…

1 İyul 2020
Xural.COM