Ermənistan nümayəndə heyətinin Buçaya səfəri Kremli qəzəbləndirib

Yayımlandı: 10 İyun 2024 13:48

Zaxarova deyir ki, Yerevana nota verilib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən narazılığını bildirib.

Bu barədə nazirliyin rəsmisi Mariya Zaxarova iyunun 9-da Yerevana nota verdiklərini deyib.

Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir:

Biz Nor-Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyanın Buçaya səfərini rəsmi Yerevanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”.

Mariya Zaxarova. Foto: Meydan TV

Mariya Zaxarovanın sözlərinə görə, Nor-Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan “qərbyönlü” Respublika Partiyasının sədri Aram Sarkisyanın silahdaşıdır:

“Buna görə də onun reaksiyası tamamilə başa düşüləndir”.

XİN rəsmisi həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlarla razılaşmasını qəbuledilməz adlandırıb.

Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyan iyunun 2-də Buçaya səfər ediblər.

Bundan əvvəl Zaxarova erməni parlamentariləri Kiyevin onlara verdiyi Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısını bölüşməyə çağırmışdı.

Ermənistanın rəsmi orqanları Rusiya XİN-nin notasına hələ ki reaksiya verməyiblər.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı rus qoşunları Buça şəhərinə daxil olarkən dinc əhalinin kütləvi şəkildə öldürülməsi faktları aşkar edilib.

Rusiya Müdafiə Nazirliyi isə bu faktları “dezinformasiya” adlandırıb.

Meydan TV

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button