Ermənistan ordusunun daha bir hərbçisi intihar edib

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan ordusunun daha bir hərbçisi intihar edib.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin İstintaq Komitəsi yayıb.

İnformasiyaya əsasən, müddətli hərbçisi Karen Avetisyan çənə nahiyəsindən aldığı güllə yarası nəticəsində ölüb. Məlumata görə, 19 yaşlı hərbçi pulemyotdan özünə atəş açaraq intihar edib.

Faktla bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

Məlumata görə, bu, son bir həftə ərzində Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölən 3-cü hərbçidir.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button