Ermənistan prezidenti Armen Sarkisyan Rusiya Federasiyasında xüsusi səfərdədir.
Ermənistan mediası mənbələrindən prezidentin erməni icmasının nümayəndələri ilə görüşünün necə keçdiyini aydınlaşdırıb.
Sarkisyanın erməni icması ilə görüşü Moskvadakı erməni kilsəsi yaxınlığında baş tutub. Əvvəlcə erməni mənşəli bütün tanınmış iri iş adamları prezidentlə görüşməkdən imtina ediblər, daha sonra görüşə 20-30 nəfər gəlib.
Binaya daxil olarkən küçədə dayanan ermənilər “xain” deyə qışqırıblar, əslində iclasın əvvəlində gərgin vəziyyət yaranıb.
Prezident sakitliyə və həmrəyliyə çağıraraq vəziyyəti düzəltməyə çalışıb, lakin otaqda oturanlar da “siz də xainsiniz”, deyə qışqırıblar.
Həmin an o soruşub: “Niyə mən xainəm?”, ona cavab olaraq: “Sən və Nikol”, “prezident mühakimə olunduqda (Robert Köçəryan nəzərdə tutulur – red.) bir söz demədin, buna görə bunların hamısını görmək üçün yaşadıq”. Mənbə erməni icmasının digər nümayəndələri ilə xüsusi görüşlərin də olduqca gərgin şəraitdə keçirildiyini, həmçinin prezidentin yerli ziyalıların nümayəndələrindən sərt tənqid olunduğunu, ondan və Nikol Paşinyandan öz vətənlərini tələb etdiklərini bildirib.
Sülhəddin ƏKBƏR Azad Demokratlar Partiyasının və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin…
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb. “Qafqazinfo” xəbər verir ki,…
2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən…
Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa…
Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. Bu…
Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan…