“Ermənistan, üçtərəfli bəyanatı icra etməkdən boyun qaçırmaq üçün, sərhəddə gərginliyi artırır…”

Politoloq Fərhad Məmmədov Milli.Az-a açıqlama verib. Sitat: “10 noyabrdan sonra artıq kanfiqurasiya formalaşıb. Bu konfiqurasiyaya Azərbaycan, Rusiya, Ermənistan və gözə görünməyən Türkiyə daxildir. O mənada ki, Türkiyənin üçtərəfli bəyanatlarda imzası olmasa da, amma Ağdamda fəaliyyət göstərən Monitorinq Mərkəzindədir, eyni zamanda bütün görüşlər, hər hansı bir razılaşmalar əldə olunanda, Rusiya rəsmiləri – Prezident, Xarici işlər naziri, Müdafiə Naziri, Türkiyəli həmkarlarına bu haqqda məlumat verirlər. Bu nöqteyi nəzərdən Türkiyə də, bu konfiqurasiyanın içindədir”.

Politoloq bildirib ki, Ermənistan, üçtərəfli bəyanatları icra etməkdən boyun qaçırmaq üçün, sərhəddə gərginliyi artırır. Sitat: “Konfiqurasiya daxilində də qərarlar qəbul olunur. Bu qərarların icrası da artıq başlamalı idi. Bura kommunikasiyaların açılması, sərhədlərin müəyyənləşməsi və s. aiddir. Lakin Ermənistanda daxili-siyasi vəziyyət qarışdı, seçkilər oldu və seçkilərdən sonra artıq Paşinyanın qalib gəldiyi açıqlandı. Müxalifətin müəyyən şikayətlərinə görə, hökümətin formalaşması prosesi biraz ləngiyir, amma bu da yaxın 10 gün ərzində həll olunmalıdır. Yəni, bu konfiqurasiya daxilində qəbul olunmuş qərarların icrası ilə bağlı, artıq Ermənistanda hər hansısa bir məsələ yoxdur ki, onu gündəmə gətirib yenidən vaxtı uzatsınlar. Ona görə də Ermənistan, may ayından başlayaraq sərhəddə Minsk Qrupunun digər üzvlərinin, müşahidəçilərinin, beynəlxalq hərbi kontingentin yerləşdirilməsinə çalışmaqla, bütün fəaliyyətini ya hazırki konfiqurasiyanı dağıtmağa, ya Minsk Qrupunu bərpa etməyə, ya da hazırki razılaşmaların, qərarların, bəyanatların və s. üstündən xətt çəkərək və yeni oyunçuları regiona gətirməyə can atır. Avropa Birliyi seçki bitəndən sonra, hələ hökümət formalaşdırılmamış Ermənistana 1.6 milyard avro, daha sonra 1 milyard avro həcmində 5 illik bir investisiya ayırdı. Məsəl üçün, ABŞ səfirinin iki gün öncə sərhəddə, Zəngəzura səfəri, oradakı vəziyyətlə maraqlanması, AB-nin məhz  Zəngəzura yönəlik bir neçə yüz min avroluq sərmayə proyektinin elan olunması, – bütün bunlar onu göstərir ki, Paşinyanın əsas məqsədi hazırki konfiqurasiyanı dağıtmaq və yaxud onun əvəzinə yeni bir danışıqlar platformasını ortaya gətirməkdir. Və bütün bu gərginliklər də, məhz onunla bağlıdır ki, artıq hökümət formalaşandan sonra, bütün daxili siyasi problemlər həll olunandan sonra – və bu, artıq görünür, – həm Rusiya, həm Azərbaycan, bu noyabr, yanvar və digər tarixlərdə bizim bildiyimiz, hətta bilmədiyimiz razılaşmanı həyata keçirməsini tələb edəcəklər. Bu, artıq görünür ki, Rusiya da, Azərbaycan da Paşinyandan bəyanatların şərtlərini həyata keçirməsini tələb edirlər. Paşinyan isə bundan boyun qaçırmaq üçün sərhəddə gərginliyi artırır. Ona görə də sərhəddəki bütün gərginliyin əsas məqsədi məhz budur”. Sitatın sonu

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button