Rubrikalar: GÜNDƏM XuralTAC

Ermənistan yeni XİN başçısı haqqında qalmaqallı məlumatlar yayılıb

Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan barəsində qalmaqallı məlumatlar yayılıb.

“Report” xəbər verir ki, məlumatları “Novosti Armeniya” yayıb.

Argentinada ispan dilində çıxan “Laseptima” jurnalının 2008-ci ilin yanvar sayında “Diplomatik qaçaqmal” başlıqlı yazı o vaxtkı səfir Ara Ayvazyanın avtomobil alveri ilə məşğul olması barədədir. Bildirilib ki, Nigeriya, Pakistan, Çili, Mərakeş, Boliviya və Belarusdan olan 13-ə yaxın diplomatla birlikdə Ara Ayvazyan bahalı avtomobillərin alverini edib. Onlar vergidən yayınmaq üçün avtomobilləri qaçaqmalçılıq yolu ilə gətirərək, özəlləşdirirmişlər. Bu cinayəti törətməkdə Ara Ayvazyan və o biri diplomatlar diplomatik toxunulmazlıq və pasportdan istifadə edirmiş.

Bildirilib ki, Ayvazyan 1996-cı ildə Ermənistan Xarici İşlər Nazirliyində işə qanunsuz yolla təyin olunub.

Argentinada da səfir işlədiyi zaman hazırladığı hesabatda erməni iş adamı, milyader Eduardo Ernekyan barəsində böhtan və yalan yazaraq Xarici İşlər Nazirliyini gülünc vəziyyətdə qoyub.

Bundan başqa iddia edilir ki, aprelin 23-də ermənilərin saxta tarixi günü ərəfəsində Türkiyənin Argentinadakı səfirinin dəvətini qəbul edib və türk səfirlə bir yerdə oturub, yeyib-içib.

Başqa bir qalmaqallı məlumat isə onun sürücüsü ilə bağlıdır. Argentinada səfir işləyən vaxt sürücü səfirliyin seyfindən pul oğurlayıb. Ancaq Ayvazyanın qohumu olduğu üçün sürücü cəzalandırılmayıb.

Məlumata görə, Ara Ayvazyan Qarabağla bağlı danışıqlardan xəbərsizdir.

Qeyd edək ki, Ara Ayvazyan 1969-cui il martın 30-da Yerevanda anadan olub. 1993-cü ildə Yerevan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini, 1994-cü ildə Livanın paytaxtı Beyrutda Siyasətşünaslıq fakültəsini bitirib. 1994-1996-cı illərdə Ermənistan XİN Avropa departamentinin ikinci attaşesi, 1996-1997-ci illərdə Ermənistanın Argentinadakı səfirliyində ikinci katib, 1999-2006-cı illərdə Ermənistanın Argentina, Çili və Uruqvay üzrə səfiri işləyib. Nazir təyinatınadək Ara Ayvazyan müxtəlif ölkələrdə səfir, nazir müavini vəzifələrində çalışıb.

2020-ci il noyabrın 18-də Ermənistan prezidenti Armen Sarkisyanın sərəncamı ilə xarici işlər naziri təyin olunub.

Paylaş:

Son Əlavələr

  • ARAŞDIRMA
  • GÜNDƏM
  • XuralTAC

Sülhəddin Əkbər Bayden dönəminə hazırlıqdan yazdı: “Görünən geopolitik inkişaf perspektivlərimiz”

Sülhəddin ƏKBƏR Azad Demokratlar Partiyasının və Azərbaycan-Atlantik Əməkdaşlıq Assosiasiyasının sədri   Sabah – Yanvarın 20-də Co Baydenin and içərək prezident vəzifəsinin…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndələri olacaq

Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzalayıb.  “Qafqazinfo” xəbər verir ki,…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həşimov borcunu “Lotu Quli”nin məzarı üstündə həyatı ilə ödədi

2020-ci ilin 19 avqustunda Türkiyənin Antalya şəhərində silahlı hücum nəticəsində qətlə yetirilən “Lotu Quli” ləqəbli Nadir Səlifovun İstanbul şəhərində yerləşən…

20 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Şuşa şəhərinə qədər 2 hərəkət zolağı enində xidməti yol istifadəyə verilib-FOTO

Qarabağımızın tacı olan Şuşa şəhərinə qədər uzanan yeni avtomobil yolunun tikintisi davam etdirilir. Tikinti işləri Füzuli şəhərindən başlayaraq yeni trassa…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

Əli Həsənov Azərbaycana gətirildi

Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin keçmiş müdiri, Prezidentin ictimai-siyasi məsələlər üzrə sabiq köməkçisi Əli Həsənov Azərbaycana gətirilib. Bu…

18 Yanvar 2021
  • GÜNDƏM
  • XuralTAC

“Samsung”un sahibi həbs edilib

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung” şirkətinin sahibi, eyni zamanda İdarə Heyətinin sədri Li Ce Ön 2 il yarım müddətinə azadlıqdan…

18 Yanvar 2021
Xural.COM