Rubrikalar: DÜNYA XuralTAC

Ermənistanda: 52 gün aclıq aksiyası keçirən jurnalist ölüb

Azərbaycan XİN beynəlxalq təşkilatları qınayan bəyanat yaydı

52 gündür aclıq aksiyası keçirən “Erməni qartallar – Vahid Ermənistan” Partiyasının sədr müavini, həmçinin “haynews.am” saytının əməkdaşı Mher Yegiazaryan ölüb.

Ötən ilin dekabrın 4-də rüşvət ittihamı ilə həbs edilən 51 yaşlı Mher Yegiazaryan həbsindən 1 gün sonra aclıq aksiyasına başlamışdı.

“Washington Post”-un məlumatına görə, Mher Yegiazaryanın ölümü ötən şənbə, yanvarın 26-da məlum olub.

Ermənistanın ilk ombudsmanı Larisa Alaverdyan “aysor.am” saytına açıqlamasında deyib ki, Yegiazaryanın ölümü bir sıra hüquq-mühafizə təşkilatlarının hesabatlarında öz əksini tapacaq və Ermənistanın reytinqinə mənfi təsir göstərəcək:

“Mher Yegiazaryanın ölümü, bu il insan hüquqları və söz azadlığı haqqında hesabatların hazırlanması zamanı nəzərə alınacaqdır. Əlbəttə ki, ölkəmizdə jurnalistlərin ölümü ilə bağlı heç bir hal yoxdur, lakin bu mövzuda ən azı 3-4 hesabat veriləcək “, – deyə Larisa Alaverdyan bildirib.

Larisa Alaverdiyan deyib ki, Ermənistana qarşı dözümsüz olan ölkələr bu vəziyyətdən istifadə edə bilərlər.
O, həmçinin bu hadisənin Ermənistana kölgə saldığını vurğulayıb.

Azərbaycan Xarici İşlər Nazirliyi də bununla bağlı bəyanat yayıb. Avropa İttifaqını və beynəlxalq təşkilatları qınayan bəyanatda deyilir:

“Yanvarın 26-da Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən həbs edilən və Yerevanın “Nubaraşen” cəzaçəkmə müəssisəsində saxlanılan məsul jurnalist, Erməni qartallar – Vahid Ermənistan Partiyasının sədr müavini Mher Yegiazaryan bir ay yarım keçirdiyi aclıq aksiyasından sonra ölüb. Bir müddət əvvəl Mehman Hüseynovun halında aclıq aksiyasını dayandırdığı halda, əsassız iddialarla çıxış edən Avropa Parlamenti, ATƏT, Avropa Şurasının insan hüquqları üzrə məsul rəsmiləri və bəzi dövlətlər Ermənistanın halında aclıq aksiyası nəticəsində ölüm halı ilə bağlı susurlar”.

Bəyanatda daha sonra vurğulanır:

“Ağlasığmaz bir haldır ki, Avropa ölkələrinin diplomatları Mehman Hüseynovla görüşüb onun səhhətinin normal olduğunu şəxsən gördükləri bir halda və Avropa Komissarının onun aclıq aksiyasını dayandırdığını qeyd etdiyi bir halda Avropa Parlamenti bu məsələ ilə bağlı qətnamə qəbul etdi. “Washington Post” qəzetində bu məsələ ilə bağlı qısa müddət ərzində iki məqalə dərc edildi, maraqlıdır, bu qəzet Mher Yegiazaryanın ölümü ilə bağlı məqalə dərc edəcəkmi?

Bilirsiniz, bütün bunlar, əlbəttə ki, Azərbaycana qarşı həyata keçirilən ikili standartlardan xəbər verir. Bu hal bir daha ölkəmizə qarşı saxta təbliğata və məlumatlara əsaslanan kampaniyanın həyata keçirildiyini göstərir. Aydındır ki, bu kampaniyanın əsl məqsədi Azərbaycana qarşı siyasi təzyiq göstərmək cəhdi olmuşdur. İnsan hüquqları universaldır və bölünməz xarakter daşıyır və bu məsələni siyasiləşdirərək onu siyasi təzyiq alətinə çevirmək istəyənlər, əslində, elə insan hüquqları dəyərinə xələl gətirmiş olurlar”, – XİN-in Mətbuat xidmətində bildirilib.

Paylaş:

This post was last modified on 29 Yanvar 2019 2:11 səhər

Son Əlavələr

  • GÜNDƏM
  • MANŞET
  • XuralTAC

Azər Həsrət Qəbələdə baş verən özbaşınalıqlardan yazdı – GENERALLARI ÜZ-ÜZƏ QOYMAYIN!

Azər HƏSRƏT, @azerhasret Dünən çox ciddi media qurumları xəbər yaydı ki, Qəbələ şəhərindəki küçələrdən birinə General Polad Həşimovun adı verilib.…

6 Avqust 2020
  • XuralTAC

Minsk qrupunun sabiq amerikalı həmsədrindən sensasion təklif

ATƏT-in Minsk qrupunun sabiq amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağın BMT-nin protektoratı altına verilməsi barədə sensasion təkliflə çıxış edib. Virtualaz.org bildirir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Kükreyen aslanlarız, deviz, atəşiz, kanız…”-VİDEO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanla birgə keçirilən və iyulun 29-dan başlayan birgə irimiqyaslı hərbi təlimlərdən yeni görüntü paylaşıb. Virtualaz.org xəbər verir…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

“Ərdoğan xəritəni yenidən çəkir” – Şok iddia

Fransada nəşr olunan “Le Figaro” qəzetində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fateh Sultan Məhmətə bənzədilib. Teleqraf.com xəbər verir ki, sözügedən məqalə…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

Baş prokuror və hərbi prokurora əlavə müavin vəzifələri təsis edilib

Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarında aparılan struktur islahatlardan danışıb. Musavat.com-un məlumatına görə, avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən…

5 Avqust 2020
  • GÜNDƏM
  • XuralTAC

SMS və icaze.e-gov.az portalı ilə icazə ləğv olundu-Bu gündən

Sərtləşdirilmiş xüsusi karantin zonasına daxil olan şəhər və rayonlarda şəxslərin yaşayış yerini və olduğu yeri SMS icazə, xidməti vəsiqə, icaze.e-gov.az…

5 Avqust 2020
Xural.COM