Ermənistanda ABŞ ilə birgə hərbi təlimlər keçiriləcək
Ermənistanla ABŞ arasında “EAGLE PARTNER 2023 ” birgə hərbi təlimlər sentyabrın 11-dən 20-dək Ermənistan arasında keçiriləcək. Bu haqda Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda deyilir ki, təlimlər Ermənistanda beynəlxalq sülhyaratma missiyalarına hazırlıq çərçivəsində “Zar” mərkəzinin bazasında olacaq.
Qurum bildirir ki, ABŞ və Ermənistan hərbçiləri sülhyaratma tapşırıqları vaxtı münaqişə tərəfləri arasında münasibətlərin sabitləşdirilməsi üçün əməliyyatlar hazırlayırlar.
“Məqsədlərin təlimi – bölmələrin əməliyyat uyğunluğu səviyyəsini artırmaq…, idarəetmə və taktiki əlaqələr sahələrində qabaqcıl təcrübə mübadiləsi aparmaqdır”, – məlumatda deyilir.
Nazirlik onu da qeyd edir ki, təlimlərdə erməni hərbi bölmələrinin “NATO-nun operativ potensialının konsepsiyası çərçivəsində” əməliyyatlara hazırlığını qarşıya məqsəd qoyub.
Sentyabrın 5-də Moldova Milli ordunun hərbi təlimlərini keçirəcəyini, rezervistlərə yaşayış yeri üzrə çağırış göndəriləcəyini bildirib.