
Ermənistanda koronavirusdan ölənlərin sayı 3 minə çatır
Ermənistanda son sutka ərzində daha 348 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Virtualaz.org bildirir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.
Bildirilir ki, bununla ölkədə COVID-19-a yoluxanların ümumi sayı 158 296 nəfərə yüksəlib.
Ermənistanda koronavirusdan bir gündə həm də 22 nəfər ölüb və virusdan həyatını itirənlərin ümumi sayı 2797-yə çatıb.
Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 676 nəfərdir.
140 942 nəfər xəstəlikdən sağalıb.