“Ermənistanın “İsgəndər” tətbiq etdiyini görməmişik, bu boş sözdür…”

Prezident İlham Əliyev bu gün keçirdiyi geniş mətbuat konfransında Ermənistanın ikinci Qarabağ müharibəsinin gedişində “İsgəndər” operativ-taktiki raket komplekslərini tətbiq etməsi haqda hazırda bu ölkədə ciddi siyasi çaxnaşmaya səbəb olmuş mövzu haqda da danışıb. Prezident bildirib ki, Ermənistan müharibədə bu raketləri tətbiq etməyib, Azərbaycan tərəfi bunu görməyib və qeydə almayıb.

Sitat: “O ki qaldı Ermənistan baş nazirinin “İsgəndər” raket kompleksi ilə bağlı bəyanatlarına, o, bizdə də suallar doğurub. Mən bunu ironiyalaşdırmaq istəməzdim. Bu məsələyə istər Rusiyanın rəsmi şəxsləri, istər parlament üzvləri, istərsə də ekspertlər tərəfindən kifayət qədər şərh verilib ki, raketin 10% partlaması üçün gərək xeyli çalışasan. Biz “İsgəndər” raketinin atılmasını görməmişik. Ona görə bu bəyanat səsləndiriləndə ötən gün biz yenə də maraqlandıq, ancaq yox, biz bunu görməmişik. Bu sadəcə publik şəkildə deyilmiş boş söz idi”, – Prezident qeyd edib.

İlham Əliyev deyib ki, hərbi əməliyyatların gedişində Rusiya prezident Vladimir Putinlə təmasları zamanı “İsgəndər” raketlərinin Ermənistandan götürülməsinə çağırmışdı.

“Hələ bu raketlər Ermənistana veriləndə mən bildirmişdim ki, bu düzgün addım deyil, çünki regionda sülhə və stabilliyə xidmət etmir, bunlar bizi çəkindirə bilməz. Və müharibə vaxtı mən Rusiya tərəfinə təklif edirdim ki, “İsgəndər”ləri geri götürsünlər, hələ də bu mövqeyimdə qalıram”,- Azərbaycan prezidenti bildirib.

Şərh yazın
Share

Son Əlavələr

  • MANŞET
  • QAYNAR QAZAN
  • XuralTAC

“Ramiz Mehdiyev Əli Həsənova vəzifə verir?!”-VİDEO, 11.06.2021

Xural.com Xural TV-də Selcan Zeynallının aparıcılığı ilə yayınlanan "Xural Xəbər" proqramının 56-cı bölümünü təqdim edir...…

12 İyun 2021
  • MANŞET

A.Eynşteynlə Ben Qurionun möhtəşəm dialoqu – yeni kitab

Tanınmıış iqtisadçı Məmməd Talıblının  “ELM-KİTAB-MÜƏLLİM ÜÇBUCAĞI” adlı yeni kitabı nəşr olunub. Kitab əsasən elmin gücü, kitabın önəmi…

12 İyun 2021
  • MANŞET
  • XuralTAC

Əliyev və Ərdoğan Şuşada böyük saziş imzalayacaqlar

“Azərbaycana getdiyimizdə öncə Füzuliyə səfər edəcəyik, oradan da İlham Əliyev qardaşımızla Şuşaya gedəcəyik”. Virtualaz.org bildirir ki,…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Sinovac” peyvəndi vurduranlar Avropaya necə gedəcək?

Xəbər verdiyimiz kimi, Avropa Komissiyası martın 17-də Avropa İttifaqı ölkələrində rəqəmsal koronavirus sertifikatlarının tətbiqinə dair…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

“Azərsu” Şahbaz Xuduoğlunun qaldırdığı məsələyə reaksiya verib

“Azərsu” ASC Bakının Yasamal rayonunda, "Azərbaycan" nəşriyyatının yerləşdiyi binanın həyətində içməli su kranının zədələnməsi ilə…

11 İyun 2021
  • MANŞET
  • XuralTAC

İlham Əliyev Putini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə məktub ünvanlayıb.  Xural.com xəbər verir ki,…

11 İyun 2021
Xural.COM