Erməni cəhd etdi, daha 3 hərbçisini itirdi….

Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər istiqamətində bu gün gecə saatlarından başlayan şiddətli döyüşlər səngiyib və atəşkəs təmin olunub. Azərbaycan Müdafiə Nazirliyindən təsdiq ediblər ki, hazırda dövlət sərhədinin bu istiqamətində atəşkəsə əməl olunur və vəziyyət sabitləşib.

Ermənistan Müdafiə Nazirliyi də atəşkəsin əldə edildiyini təsdiqləyir. Bildirilir ki, Rusiya sülhməramlı qüvvələrinin komandanlığının vasitəçiliyi ilə atəşkəs rejiminin bərpa edilməsinə dair razılaşma əldə olunub, hazırda razılaşma “əsasən yerinə yetirilir”.

Xatırladaq ki, bundan əvvəl Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Rusiyanın vasitəçiliyi ilə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq tanklardan və 120 millimetrlik minaatanlardan da istifadə etməklə həmlələri davam etdirdiyini açıqlayıb. Azərbaycan Müdafiə Nazirliyi isə iki hərbi qulluqçunun yaralandığını təsdiqləyib.

Erməni tərəfi döyüşlər zamanı 3 hərbçisinin – baş leytenant Ayk Gevorkyan, əsgər Koryun Arutyunyan və əsgər David Köçəranın öldüyünü, 3 hərbçisinin isə yaralandığını bildirib Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi 3 əsgərinin öldüyünü, 2 əsgərinin yaralandığını, 2 əsgərinin isə itkin düşdüyünü açıqlayıb. Erməni sosial şəbəkə istifadəçiləri isə ölənlərin sayının 5 olduğunu qeyd edib.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button