Erməni deputat: “Ölkədə vətəndaş müharibəsi başlana bilər”

“Ermənistanda vətəndaş müharibəsi başlana bilər”. Bunu Ermənistanın hakim Mülki Müqavilə Partiyasından olan deputat Vigen Xaçatryan bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, ölkədə vətəndaş müharibəsinin başladılması ilə bağlı əmr alan konkret qüvvələr var: “Mən bunu görürəm və həmin insanları yaxşı tanıyıram. Onları çoxdan tanıyıram. Bu adamlar nəyin bahasına olursa-olsun hakimiyyətə gəlməyə hazırdırlar. Onlar qan tökməyə, çevriliş cəhdlərinə də hazırdırlar”.

Deputat qeyd edib ki, həlak olan hərbçilərin valideynlərinə diqqətli yanaşmaq lazımdır. V.Xaçatryan bu valideynlərin hisslərindən siyasi məqsədlər üçün istifadə edilməsini yolverilməz adlandırıb: “İstənilən vətəndaşın hakimiyyətin hərəkətindən narazılığını bildirmək hüququ var, lakin qisas çağırışları yaxşı nəticəyə aparmayacaq. Belə məqamlarda hər zaman vəziyyəti gərginləşdirməyə çalışan qrup olur”.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button