Erməni deputat torpaqların dəyişdirilməsindən danışdı

Tovuz bölgəsində Azərbaycanın nəzarətində olan Ermənistana məxsus bəzi torpaqlar var, Ermənistan ərazisində də Azərbaycana məxsus bir sıra torpaqlar var. Mümkündür ki, bu torpaqların dəyişdirilməsi məsələsinə baxılsın”. 

Bunu “Vətəndaş Müqaviləsi” parlament fraksiyasının üzvü Vahe Qalumyan bu ərazilərin dəyişdirilməsinin mümkünlüyünü istisna etməyib. Ermənistan baş nazirinin Ermənistan-Azərbaycan sərhədi boyunca Rusiya sərhədçilərinin yerləşdirilməsi ilə bağlı təklifinə toxunan Qalumyan, KTMT ilə razılaşmanın olduğunu, buna görə sərhəddə problem yarandıqda onların müdaxilə etmək məcburiyyətində olduqlarını qeyd edib.

Galumyan onu da deyib ki, “KTMT ilə sərhədlərdə problem yarandığı təqdirdə rusların müdaxilə etməsi üçün ümumi bir razılaşma var. Onlar belə olan təqdirdə mütləq müdaxilə etməlidirlər”.

Deputat qeyd edib ki, rus sərhədçilərinin Tovuz bölgəsinə yerləşdirilməsindən xəbəri yoxdur, amma sülhə bu yolla nail olmaq olarsa, bu yolla getmək lazımdır.

Əvvəlki illərdə bunun niyə edilmədiyinə gəlincə, Qalumyan keçmişdə Türkiyə və Azərbaycanın Ermənistana hücum etmədiyini bildirib. Onun sözlərinə görə, uzunmüddətli sülh yaratmaq üçün demarkasiya və delimitasiya komissiyası yaradılmalı, sərhəddə mövcud maneələr aradan qaldırılmalıdır.

Əlaqəli məqalələr

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button